/ / Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası keçirilir
Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası keçirilir
30.04.2016 [09:30]
Tədbirdə Avropanın 24 ölkəsinin stomatoloji assosiasiyalarının rəhbərləri iştirak edirlər
Dünən Bakı şəhərində Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası öz işinə başlayıb. Plenar sessiyanın işində Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti, professor Patrik Heskot və Avropanın 24 ölkəsinin stomatoloji assosiasiyalarının rəhbərləri iştirak edirlər.
Sessiyanı giriş sözü ilə açan Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının prezidenti Filipp Rusca bu tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib. O, sessiyada faydalı müzakirələrin aparılacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Məhərrəm Əhmədov bildirib ki, Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyasının Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir: “Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra səhiyyə, eləcə də stomatologiya sahəsi daim diqqət mərkəzində olub”.
O, tədbirin işinə uğurlar arzulayıb.
Sessiyada çıxış edən Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti, professor Patrik Heskot tədbirin əhəmiyyətini vurğulayıb.
Çıxış edən Azərbaycan Stomatologiya Assosiasiyasının (ASA) prezidenti Rəna Əliyeva belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Rəna Əliyeva qeyd edib ki, ASA ölkə daxilində olduğu kimi, beynəlxalq fəaliyyətini də uğurla davam etdirir: “Bütün bu uğurların kökündə şübhəsiz ki, Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğısı dayanır. Biz də öz növbəmizdə dövlət başçısının səhiyyə işçilərinə göstərdiyi etimadı doğrultmağa çalışır, bu yöndə fəaliyyətimizi daha da irəliyə aparmağı düşünürük və yeni-yeni uğurlara imza atmağı qarşımıza məqsəd qoymuşuq. Hesab edirəm ki, bu sahədə qazanılan uğurlarımız kifayət qədərdir”.
R.Əliyeva onu da əlavə edib ki, Avropanın stomatoloji assosiasiyalarının rəhbərlərinin Azərbaycan barədə fikirləri yüksək səviyyədədir.
Daha sonra Azərbaycan Stomatologiya Assosiasiyasının təqdimatı olub. Azərbaycan Stomatologiya Assosiasiyasının vitse-prezidenti Kamran Şahbazov qonaqları Bakıda görməkdən məmnun olduğunu deyib. O bildirib ki, ASA 1998-ci ildən Ümumdünya Stomatoloqlar Federasiyasının, 2003-cü ildən isə Avropa regional təşkilatının üzvüdür. K.Şahbazov assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Qeyd edək ki, sessiyanın işi zamanı XXI əsrdə Avropa stomatologiyasının gündəmi, məqsəd və vəzifələri müzakirə edilib. Həmçinin Avropada liberal diş təcrübəsi üzrə işçi qrupunun fəaliyyətinin nəticələri dinlənilib, praktiki həkimlərin universitetlərlə qarşılıqlı əlaqəsi, inteqrasiya, stomatologiyada keyfiyyət, fasiləsiz tibbi təhsil, stomatoloji idarə komandası, büdcə və digər məsələlər müzakirə olunub. Çıxış edənlər bu sahədə ölkələr arasında olan əməkdaşlıqdan məmnun olduqlarını və bu yöndə yeni layihələrin hazırlandığını diqqətə çatdırıblar.
Sessiyanın gedişi zamanı eyni zamanda Avropa regional təşkilatının rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə zamanı “Elekt” şirkətinin prezidenti Anna Lella Avropa regional təşkilatının prezidenti seçilib.
Tədbirdə o da bildirilib ki, 2016-cı ilin sentyabr ayında Poznan şəhərində keçiriləcək Ümumdünya Stomatoloqlar Federasiyasının illik konqresi zamanı təltifetmə taktikası işlənib hazırlanacaq. Qeyd edək ki, təşkilatın növbəti plenar sessiyasının 7 aprel 2017-ci il tarixində Cenevrə şəhərində keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası aprelin 30-da öz işini yekunlaşdıracaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

