Nərimanov rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib
16.06.2016 [09:25]
Dünən Nərimanov rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.
A.Fərzəliyev qədirbilən xalqımızın birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etdiyini, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdıb uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını ovaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğulayıb.
Natiq, Ümummilli liderin hakimiyyətə yenidən qayıdışının xalqımıza itirilmiş inamını qaytardığını vurğulayıb, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına, Azərbaycan dövlətçiliyi, azərbaycançılıq fəlsəfəsi yaşadıqca xalqımızın xilaskarı, Ulu öndərimiz Heydər Əliyevin də əsrlər boyu, min illər keçsə belə, Azərbaycan xalqının qəlbində əbədi yaşayacağına əminlik ifadə edib.
Ulu öndərin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft strategiyasının təməlinin qoyulduğu, Onun yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlərin görüldüyü diqqətə çatdırılaraq, qeyd edilib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, onun beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Adil Əliyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikasının, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlərin hazırda Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini, onun iqdisadi gücünün istər regionda, istərsə də bütün dünyada durmadan artdığını qeyd ediblər.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış olduğunu deyən natiqlər Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi bazanın yaradıldığını nəzərə çatdırıblar.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə və tədbirdə Milli Qurtuluş Gününə həsr olunmuş rəsmlər çəkən Nərimanov rayonunun gənc rəssamlarına rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib. Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

