Ağcabədidə “Multikulturalizm və kitab” mövzusunda zona konfransı keçirilib
09.07.2016 [11:16]
İyulun 8-də Ağcabədi rayon mədəniyyət evində “Multikulturalizm və kitab” mövzusunda zona konfransı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan konfransda ətraf rayonlardan olan mədəniyyət işçiləri, kitabxanaçılar, ziyalılar, din xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov konfransı açaraq ölkəmizdə tarixən hökm sürən multikultural dəyərlərdən, Ulu öndər Heydər Əliyevin tolerantlığı dövlət siyasətinə çevirməsindən, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında multikulturalizmin ölkəmizdə dövlət siyasətinin nümunəvi modeli olmasından bəhs edib. Bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizdə uzun tarixi dövr ərzində formalaşan multikulturalizmi özündə əks etdirir. Tezliklə ingilis və rus dillərində də çap olunacaq kitab Azərbaycan multikulturalizminin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.
Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın çoxəsrlik multikultural ənənələrindən danışıb. Bildirib ki, multikulturalizm başqa dinin, millətin nümayəndəsinə insani münasibət deməkdir. Bu dəyər Azərbaycan xalqına xas olan bir xüsusiyyətdir. Hələ Dədə Qorqud, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Abdulla Şaiq, Hüseyn Cavid kimi söz dühaları öz əsərlərində başqa dinin, millətin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşıblar. Xalqımızın bədii söz ustalarının tarix boyu yazdığı multikultural düşüncələr, ideyalar, şeirlər, hekayələr “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında özünə yer tapıb.
İlk nömrəsi çap olunan “Multikulturalizm” jurnalı haqqında danışan Kamal Abdullayev qeyd edib ki, jurnalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu, əhatəli məqalələri dərc olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı kitablar da hazırlanır. Həmçinin “Azərbaycan multikulturalizmi” adlı dərsliyin də bilik gününədək başa çatdırılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, hazırda dünyanın 13 ölkəsində və respublikamızın 28 ali təhsil müəssisəsində elmi redaktoru akademik Kamal Abdullayev olan “Azərbaycan multikulturalizminə giriş” fənni tədris olunur. Azərbaycanın iki universitetində multikulturalizm kafedrası yaradılıb.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Tahir Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Əlizadə Nəcəfov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və başqaları çıxış edərək Azərbaycanda multikulturalizmin tarixi ənənəsi və xüsusiyyətlərindən, ölkəmizdə aparılan multikulturalizm siyasətindən danışıb, konfransın keçirilməsinin, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının nəşrinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Konfransda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edilib.
Daha sonra qonaqlar Ağcabədi cümə məscidində cümə namazına toplaşan rayon dindarları ilə görüşüb söhbət ediblər. Məsciddə yaradılan kitabxanaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” jurnalı hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

