Dövlət müşaviri Ramazan bayramı münasibətilə Qarabağ bölgəsində sakinlərlə görüşüb
09.07.2016 [11:18]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə Qarabağ bölgəsində səfərdə olub. Səfər çərçivəsində Dövlət müşaviri ilk olaraq Bərdə və Ağdamda ictimaiyyət nümayəndələri, dindarlar, həmçinin bu rayonlarda yerləşən hərbi hissələrdə xidmət edən əsgər və zabitlərlə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Bərdə rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra K.Abdullayev və rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə İmamzadəsini ziyarət edib, burada ibadət edən dindarlarla və ziyarətçilərlə fikir mübadiləsi aparıblar. Azərbaycan Prezidentinin Ramazan bayramı münasibətilə təbrikini rayon ictimaiyyətinə çatdıran Dövlət müşaviri ölkə başçısının apardığı məqsədyönlü daxili və xarici siyasətin ümumi mənzərəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi Ulu öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışıb. K.Abdullayev apreldə Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlərdən, bu qısa müddətli müharibədə qəhrəmancasına şəhid olan bərdəlilərin şücaətindən danışıb, onların ruhuna ehtiramını ifadə edib.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə camaatının Prezident İlham Əliyevin apardığı siyasətə daim dəstəklədiyini, aprel döyüşləri zamanı hər bir bərdəlinin silaha sarılmağa hazır olduğunu bildirib.
Bərdə rayon Cümə məscidində yerləşən İmamzadə ziyarətgahı dini icmasının sədri Ramzan Hüseynov və digər dindarlar da ölkəmizdə dövlətin dinə və dindarlara qayğısından söhbət açıb, onlara göstərdiyi yüksək diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Yad dini təsirlərin yaşadıqları kənd və qəsəbələrə ayaq açmaması, ənənəvi İslamın qorunub saxlanması üçün var qüvvələri ilə bundan sonra da çalışacaqlarını qeyd ediblər.
Vaxtilə Bakı Slavyan Universitetində təhsil almış və universitetin rektoru olan Kamal Abdullayevdən valideyn qayğısı gördüyünü deyən Ləmbəran kənd orta məktəbinin direktor müavini bu gün gənc nəslin tərbiyəsində, Azərbaycan gəncliyinin Vətənə, millətə və başqa xalqların nümayəndələrinə məhəbbət ruhunda tərbiyə olunmasında multikulturalizm siyasətinin böyük əhəmiyyətini vurğulayıb.
Sonda Dövlət müşaviri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 2015-ci ildə təmir və bərpa olunaraq istifadəyə verilən Bərdə İmamzadəsinin kitabxanasına “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalının ilk sayını hədiyyə edib.
Bərdədən sonra Ağdama gələn akademik Kamal Abdullayev burada Xındırıstan məscidində dindarlarla görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib. Cəbhə xəttinin bir addımlığında yerləşən kəndin camaatının ruh yüksəkliyinə diqqət çəkən K.Abdullayev onları Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın qürur duyulacaq insanları adlandırıb.
Xındırıstan kənd məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Barat Bağırov deyib ki, kəndimizin üzərinə mərmi yağan zaman Prezident İlham Əliyevin Öz xanımı ilə Ağdama gələrək müharibədən zərər çəkən evlərə baş çəkməsi onlara çox böyük ruh yüksəkliyi bəxş edib.
Xındırıstan kənd məscidində yaradılan kitabxanaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” jurnalını hədiyyə edən Dövlət müşaviri sonra cəbhə xəttinə daha yaxın Çəmənli kəndindəki Seyid Lazım Ağa ocağını ziyarət edib, ziyarətdə olan insanlar və kənd dindarları ilə görüşüb.
Erməni qəsbkarlarının hədəf seçdikləri Çəmənli kənd sakinləri qarşısında çıxış edən Dövlət müşaviri bildirib: “Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə təkcə Azərbaycanı dünyaya yox, həm də bizi özümüzə bir daha dərindən tanıtdı. Biz multikultural və tolerant xalqıq, amma torpaqlarımızın işğalı ilə barışan deyilik. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Qarabağın taleyi ilə bağlı bu ağılasığmaz status-kvo davam etdikcə apreldə düşmənə endirilən sarsıdıcı zərbələr davamlı olacaq. Dağlıq Qarabağ, itirilən hər bir qarış torpağımız tamamilə geri qaytarılacaq. Necə ki, biz buna şahidik”.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək Ağdam sakinlərinin daim Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin dəstəkçiləri olduqlarını, hazırda rayonun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində və kəndlərdə abadlıq işlərinin aparıldığını, aprel döyüşlərində dağılmış yaşayış evlərinin müasir tələblərə uyğun şəkildə bərpa edildiyini bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rayona son səfəri sakinlərdə böyük ruh yüksəkliyi yaradıb.
Seyid Lazım Ağa ocağının axundu Mir Yusif Ağa və başqa dindarlar onlara göstərilən qayğı və diqqətdən həvəslə danışıblar.
Ziyarətgahın kitabxanasına da kitablar bağışlayan Dövlət müşaviri K.Abdullayev son zamanlar cəbhədə yaşanan gərginlikdən üzüağ, qalibiyyətlə çıxan “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüb. Əsgərlər qarşısında çıxış edən Dövlət müşaviri deyib: “Siz Azərbaycanın qəhrəmanlarısınız. Siz Vətən torpağının hər qarışı uğrunda özünüzü sipər edən igidlərsiniz. Siz əsgərlər Ulu öndərin söylədiyi “ölkəmizdə yaşayan milli azlıqlar bizim sərvətimizdir” fikrinin bu gün dünyanı barış və sülhə səsləyən Azərbaycan multikulturalizminin qoruyucularısınız. Allah sizləri qorusun!”.
Sonda Dövlət müşaviri aprel döyüşlərində qəhrəmancasına şəhid olan cəsur komandir Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turnirinin iştirakçıları ilə görüşüb və oyunlara baxıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

