Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubadlı rayonunun ermənilər tərəfindən işğalının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib

Qubadlı rayonunun ermənilər tərəfindən işğalının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib

01.09.2016 [09:46]

Dünən Qubadlı rayonunun işğalının 23-cü ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib. Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə tədbir iştirakçıları Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanındakı abidənin önünə əklil qoyub, daha sonra xiyabandakı şəhid məzarlarını ziyarət ediblər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, 23 il öncə erməni terrorçuları tərəfindən işğal edilən Qubadlı rayonu zəngin tarixi keçmişə malikdir. 1993-cü ildə rayonun bütün əmlakının erməni işğalçıları tərəfindən talan edildiyini bildirən M.İsaqov rayon əhalisinin hər zaman Azərbaycan dövlətinə sadiq olduğunu bildirib: “Bütün Qubadlı sakinləri qəti əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil. Bu gün ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji durumu, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən aprel döyüşlərində fərqlənən Qubadlı sakinləri Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verildi. İnanırıq ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır”.
Tədbirdə digər çıxış edənlər ötən 23 il ərzində dövlətimizin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inamı ifadə ediblər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30