/ / Nobel mükafatı laureatları Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüblər
Nobel mükafatı laureatları Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüblər
29.09.2016 [09:34]
Bakı Beynəlxalq Humanitar Forumu dünya birliyinin görkəmli siyasi, elmi və mədəni elitasının nümayəndələrinin, həmçinin tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin bir araya toplaşdığı illik platformadır. Bundan əlavə, həmin Foruma hazırkı və ya keçmiş dövlət başçıları və transmilli korporasiyaların rəhbərləri dəvət edilir. İnsan fəaliyyətinin bütün sahələrinin təmsilçiləri bir məkana toplaşaraq bəşəriyyəti narahat edən ümdə məsələlərin optimal həlli yollarını axtarırlar.
2011-ci ildən bəri ənənəvi keçirilən bu Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləri olub.
Forumun məqsədi bəşəriyyət üçün maraq doğuran qlobal xarakterli məsələlərin geniş spektrinə dair “dəyirmi masa”larda, panel iclaslarında fikir mübadiləsi, müzakirələr və dialoq aparmaqdır. Builki Beynəlxalq Bakı Forumunun “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda “dəyirmi masa”sını İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialı təşkil edəcək. “Dəyirmi masa”da müasir tibb elminin çağırışları və tibbi təhsil problemləri; müasir mərhələdə molekulyar biologiya, biofizika, biotexnologiyanın innovativ və etik problemləri; müasir təbabətin aktual problemlərinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də 1993-cü il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı ser Riçard Con Roberts (Böyük Britaniya) və 2004-cü il üçün kimya üzrə Nobel mükafatı laureatları Avram Gerşko və Aaron Çexanover (İsrail) İ.M.Seçenov adına MDTU-nun Bakı filialının tələbələri ilə görüşüblər.
Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək dünyanın nüfuzlu alimlərinin V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etməsini dünyada ölkəmizin nüfuzunun artmasının təsdiqi kimi qiymətləndirib. Qeyd edilib ki, kollektiv məşhur alimlərin İ.M.Seçenov adına MDTU-nun Bakı filialında olmasından qürur duyur.
Rektor Nobel mükafatı laureatlarının bioqrafiyası və elmi nailiyyətləri barədə tələbələrə məlumat verib, habelə qonaqları bu ali məktəbin yaradılması tarixi, onun fəaliyyəti və uğurları ilə tanış edib.
Dünya şöhrətli alimlər ölkəmizdə olmalarından məmnunluqlarını bildirərək qeyd ediblər ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri arasında layiqli yer tutur. Nobel mükafatı laureatları dil bilməyin üstünlüyünü, müasir dünyada xalqların tərəqqisində elmin və təhsilin mühüm rolunu vurğulayaraq bu sahələrin inkişafı barədə fikirlərini söyləyib, gənclərə tövsiyələr veriblər.
Sonda məşhur alimlər İ.M.Seçenov adına MDTU-nun Bakı filialının tələbələrinin çoxsaylı suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

