Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Taleh Bağırov məhkəməyə qarşı növbəti tərbiyəsizlik etdi

Taleh Bağırov məhkəməyə qarşı növbəti tərbiyəsizlik etdi

29.11.2016 [09:23]

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda şahidlər dindirilib. Əvvəlcə Nardaran sakini olan Yusif Fərəcov ifadə verib.
Y.Fərəcov bildirib ki, noyabrın 23-də məhkəməyə gəlmək istəyib, lakin polis əməkdaşları onu tutublar: “Məni 42-ci polis bölməsinin rəisi Tərxanın yanına apardılar. O, dedi ki, sən poçt vasitəsi ilə məhkəməyə məktub göndər, iclasa getmə. Mən də dedim ki, gedib ifadə verəcəyəm. Mənim şəxsiyyət vəsiqəmi orada aldılar. Bir gün bölmədə saxladıqdan sonra buraxdılar. Saxlanılmamı da oğurluqla əlaqələndirdilər. Dedilər ki, Ləhiş bağlarında oğurluq olub, səndən şübhələnib saxlamışıq”.
Daha sonra onun istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, 2015-ci ilin may ayında Taleh Bağırovun Nardaranda Əbülfəz Bünyadovun evində qaldığını eşidib: “Eşitdim ki, Taleh Bağırov dini söhbətlər edir, camaat başına yığışır. Mən də ona qulaq asmaq üçün bir neçə dəfə həmin evə getdim. Taleh Bağırov kənddən çıxmırdı. Yanındakılar onu müdafiə edirdilər. Deyirdilər ki, oraya gələnlər Müsəlman Birliyinin üzvləridir. Eşitmişdim ki, Abbas Hüseynov Taleh Bağırovun əsas müdafiəçisidir. Elə bilirdim ki, onun təşkilatı yaxşı işlərlə məşğul olur. Ona görə birliyə üzv olmaq üçün sənədlərimi vermişdim. Əbülfəzin evində silah-sursat, dəyənəklər, beşbarmaq, həyətdə daş parçaları var idi. Taleh Bağırov deyirdi ki, biz hakimiyyətlə barışmayacağıq və lazım gəlsə müqavimət göstərəcəyik. Canımızdan keçməyə hazırıq”.
Hakim bildirib ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq İsmayıl Əliyev dindirib.
Məhkəmədə şahidin iclasa gəlməsinə mane olan polis əməkdaşları barədə tədbir görülməsi və faktın araşdırlması üçün Bakı Şəhər Prokurorluğuna müraciət ediləcəyi barədə qərar qəbul edilib.
Fuad Qəhrəmanlı isə bildirib ki, dəfələrlə onun epizodu üzrə olan şahidlərin iclasa məcburi gətirilməsini istəsə də, bu, təmin edilmir. Bildirib ki, bütün şahidlər gəlib məhkəmədə ifadə verməlidirlər.
İclasda Taleh Bağırov hakimə konfet vermək istəyib. Bu isə hakim tərəfindən narazılıqla qarşılanıb. O, təqsirləndirilən şəxsləri nizam-intizama dəvət edib. Taleh Bağırov isə ona rüşvət yox, konfet təklif etdiyini deyib.
F.Qəhrəmanlı isə bildirib ki, hakim təqsirləndirilən şəxslərlə aqressiya ilə danışır. Hakim Ə.Abbasov isə aqressiya ilə danışmadığını, onları qaydalara əməl etməyə çağırdığını deyib.
Daha sonra iclasda Nardaran sakini olan Allahverdi Hadıyev ifadə verib. O, yazıb-oxumaq bilmədiyini, istintaq zamanı yalnız özü haqqında danışdığını deyib: “Məndən harda yaşamağımı, evli ya subay olmağımı soruşublar. Heç nəyi oxumamışam və imzalamamışam”.
Prokuror və vəkillərin sualların cavablandıran şahid deyib ki, Əbülfəz Bünyadovun evində çoxdan olub.
A.Hadıyev də bir neçə gün əvvəl 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını, oğurluqda şübhəli bilindiyini deyib: “Dedilər bağda oğurluq olub. Sonra oğruları tapdılar, məni də buraxdılar”.
Hakim onun ifadəsini elan etməyi təklif edib.
Şahid Hadıyev Allahverdi Nəzirhüseyn oğlu istintaq zamanı ifadəsində göstərib ki, Taleh Bağırovu din adamı kimi bir neçə ildir ki, tanıyır. Taleh həmişə onların kəndinə gedib-gəlib, Əbülfəzin evində qalıb. Taleh Bağırovun rəhbərliyi ilə “Müsəlman Birliyi Hərəkatı” yaradılıb və tərəfdaşları tərəfindən həmin hərəkata üzvlər toplanıb. Son vaxtlar isə eşidib ki, Taleh Bağırov və onun tərəfdaşları özləri üçün qəzet buraxırlar, həmçinin Taleh Bağırovun müraciəti olan kitabçalar nəşr etdirərək camaata paylayıblar. Onun özü də bir nardaranlı kimi əvvəllər Taleh Bağırova çox inanıb, onun söhbətlərinə, çıxışlarına qulaq asıb. Son zamanlar Taleh Bağırov bir az dindən danışıb və sonra dövlət əleyhinə çıxışlar edərək dövləti devirməyə, yeni dini hökumət qurmağa çağırıb. 25 noyabr 2015-ci il tarixdə Əbülfəzin evinin həyətində olan zaman Talehin ətrafında olan adını bilmədiyi şəxslərdən biri ona birliyə üzv olmağı təklif edib və bir kitabça verərək Talehin müraciətlərini oxumağı tapşırıb. Həmin kitabçanı oxuyarkən insanları dövlətə, hakimiyyətə qarşı çıxmağa çağırışların olduğunu görüb həmin tarixdə Əbülfəzin evinin yanında olarkən evin ətrafında Taleh Bağırovun tərəfdaşlarının olduğunu, Əbülfəzin evinin kənarında çoxlu silah sursat, daş parçaları, dəmir parçaları, içərisində partlayıcı mayelər olan dəmir və şüşə qablar olduğunu görüb. Taleh Bağırovun tərəfdaşları arasında söhbətlərdən ona məlum olub ki, onlar hazırlıq görürlər ki, kəndə polislər gəlsə polislərə topladıqları daş parçaları, silahlar və partlayıcı qablarla hücum etsinlər. Onların polisə qarşı hücuma hazırlaşdıqlarını görüb oradan uzaqlaşıb.
Hakim bildirib ki, onun ifadəsinə məhkəmə sonda qiymət verəcək. Vəkil Nemət Kərimli onun şahidlik statusuna xitam verilməsini istəyib. Hakim qanunvericilikdə bunun nəzərdə tutulmadığını bildirib.
Vəkil Yalçın İmanov isə şahid Yusif Fərəcovu dindirən müstəntiq İsmayıl Əliyev, Allahverdi Hadıyevi dindirən müstəntiq Fikrət Quliyev və 42-ci Polis Bölməsinin rəisinin iclasa çağrılmaları barədə vəsatət verib. Hakim bildirib ki, hazırkı mərhələdə əlavə şahid məsələsi müzakirə edilmir.
Hakim Əlövsət Abbasov bildirib ki, Nardaranda baş vermiş hadisələr zamanı ölən polislərin nümayəndələri ikinci dəfə məhkəməyə müraciət ediblər: “Onlardan biri səhhəti, digəri işi ilə bağlı məhkəməyə gələ bilmirlər”.
Proses noyabrın 30-da davam edəcək.
Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31