Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilin yekunları ilə bağlı hesabat verib
21.12.2016 [09:52]
Dekabrın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində cari ilin yekunları ilə əlaqədar hesabat xarakterli mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssisləri və şöbə müdirləri jurnalistlərin suallarını cavablandırıblar.
Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, ölkəmizdə istehsal olunan və ya ölkəyə idxal olunan dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar yanvar ayının 1-dən istifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalı qadağan edilib.
AEM-in dərman vasitəsinin istifadə təlimatı üzrə eksperti istifadə təlimatının əhəmiyyətindən, onun daşıdığı informasiyadan, habelə istifadə təlimatının istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitə olmasından danışıb. Vurğulayıb ki, dərman vasitəsindən düzgün istifadə edilməsi onun müalicəvi effektini təmin edən əsas şərtlərdəndir. Bunun üçün də istifadə təlimatının Azərbaycan dilində olması zəruridir.
Daha sonra AEM-in əczaçılıq subyektləri ilə iş şöbəsinin mütəxəssisləri apteklərdə vəziyyətlə əlaqəli sualları cavablandıraraq vətəndaşların müraciəti əsasında 3 aptekdə baxış zamanı 81 adda, 85 seriyada 205 qutu dərman vasitəsinin satış dövriyyəsindən çıxarıldığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Səhiyyə Nazirliyi Kollegiyasının 2015-ci il 21 oktyabr tarixli qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqlənib. Yeni Qaydalara əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Beləliklə də, vətəndaş aptekə müraciət edən zaman reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada, büdcəsinə uyğun olaraq dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək.
AEM-in dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının mütəxəssisləri də mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Mərkəzin 2012-ci ildə İSO 17025 “Sınaq və kalibrləmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunduğu, həmçinin laboratoriyanın İSO/İEC 17025:2009 akkreditasiya sertifikatı aldıqdan sonra Qlobal Fondun akkreditasiya olunmuş laboratoriyaları siyahısına daxil edildiyi, 2014-cü ildən etibarən isə Avropa Farmakopeyası Komissiyasının müşahidəçi üzvü qəbul olunduğu diqqətə çatdırılıb.
Həmçinin ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin verilməsi, mərkəzin fəaliyyət istiqamətləri üzrə bir sıra prosedurların həyata keçirilməsi, o cümlədən mərkəzə yönəlmiş müraciətlərin qəbulu və vaxtında cavablandırılması, qeydiyyat sənədlərinin qəbulu və təqdim edilməsi, habelə şikayət və sorğuların qəbulu və cavablandırılması “Bir pəncərə xidməti” adı ilə fəaliyyət göstərən yeni xidmət haqqında suallar da cavablandırılıb.
Dərman vasitələrinin qeydiyyatı ilə əlaqəli sualları cavablandıran mütəxəssislər 2016-cı ildə 372 adda dərman vasitəsinin dövlət qeydiyyatına alındığını, 17 adda dərman vasitəsinin isə dövlət qeydiyatından imtina olunduğunu bildiriblər.
Tədbirdə AEM-in əczaçılıq sahəsində müasir inkişaf tendensiyaları ilə ayaqlaşmaq məqsədilə xarici ölkələrlə qurduğu münasibətlərdən də danışılıb. Dünya Səhiyyə Təşkilatının dərman vasitələrinin monitorinqi beynəlxalq proqramına AEM-in də qoşulduğu, hazırda proqramın assosiativ üzvü olduğu nəzərə çatdırılıb. Həmçinin AEM tərəfindən artıq 11 ölkədə istehsal müəssisələrinin GMP tələblərinə uyğunluğunun yoxlanılması faktı diqqətə çatdırılıb. Bu il Analitik Ekspertiza Mərkəzinin Belarus və Qazaxıstanla qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalaması və belə memorandumun yaxın vaxtlarda Ukrayna və Türkiyə ilə də imzalanması üçün danışıqların aparılması qeyd olunub.
Ümumiyyətlə, mətbuat konfransında “keyfiyyətli” və “saxta” dərman anlayışlarına aydınlıq gətirilib, jurnalistlərə bu anlayışları qarışdırmamaları, eləcə də məlumat verəcəkləri hər hansı məsələ haqqında suallar hazırlayarkən diqqətli olmaları tövsiyə edilib. Jurnalistlərə, həmçinin sensasiya və reytinq naminə müsahibənin içindən hər hansı yarımçıq cümlə və ya natamam fikrin başlıq kimi yazılması irad olaraq bildirilib. Qeyd olunub ki, belə hallar xəstə vətəndaşlara və xəstəsi olan ailələrə pis təsir edir, əhali arasında panika yaradır.
AEM mütəxəssisləri KİV nümayəndələrini əhalinin dərman təhlükəsizliyi sahəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə dəstək olmağa çağırıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

