“Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı olub
28.12.2016 [09:14]
Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) hüquq elmləri doktoru Şirxan Adıgözəlovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimat mərasimi keçirilib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin deputatlarının, BBMM-in əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə çıxış edən mərkəzin icraçı direktoru Azad Məmmədov kitabı “Multikulturalizm ili”nin dəyərli nəşri kimi səciyyələndirib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin salamını tədbir iştirakçılarına çatdıran müşavirliyin baş məsləhətçisi Etibar Nəcəfov BBMM-in hazırda ölkənin 40, dünyanın 15 universitetində həyata keçirdiyi tədris layihəsindən danışıb. Sözügedən nəşrin gələcəkdə tədris prosesində qiymətli əyani vəsait kimi istifadə ediləcəyini vurğulayıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabda multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları prizmasından yanaşıldığını bildirərək deyib: “Müəllif faktlar və arqumentlərə söykənərək multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, məzmununu göstərib. Məhz Ulu öndər Heydər Əliyevin, ilk növbədə, multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirib. “Azərbaycan əhalisinin çoxminli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ulu öndər bütün sonrakı fəaliyyətini bu sərvətin əbədi olmasına yönəltdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirməsinə verdiyi önəmin göstəricisidir. “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” nəşrini də xalqımızın multikultural ruhunu özündə yazılı şəkildə yaşadan nəşr kimi qiymətləndirə bilərik”.
Əsrlərdir Azərbaycanda müxtəlif etnik qrupların və fərqli etiqada malik insanların yanaşı yaşadığını bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bundan sonra da bu dinc, qardaşcasına birgəyaşamın davam edəcəyinə əminliyini ifadə edib.
Qırğızıstanın Azərbaycandakı səfiri Ayciğit Buranov, Giresun Universitetinin keçmiş rektoru, Azərbaycanşünas alim, professor Aygün Attar Azərbaycanda yaşadığı müddətdə bu ölkədə dünyada bənzəri olmayan unikal multikultural modelin və tolerant yanaşı yaşamanın əyani şahidi olduğunu vurğulayıblar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, professorlar Sakit Hüseynov, Musa Quluzadə kitabla bağlı fikirlərinin bölüşüblər.
Müzakirələr zamanı kitabın “Multikulturalizm siyasəti və beynəlxalq təcrübə”, “Multikulturalizmin alternativi: islamofobiya” və “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və ictimai sifarişdir” bölmələri xüsusi maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

