Novruz bayramına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıblar
17.03.2017 [10:12]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media işçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, habelə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.
Tədbiri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli açaraq media nümayəndələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. O bildirib ki, Fond tərəfindən il ərzində təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrinin məqsədi jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və onların yaradıcı əməyini stimullaşdırmaq, habelə sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ibarətdir.
Vüqar Səfərli deyib ki, müsabiqəyə 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor bildirib ki, nəticələr Fondun Müşahidə Şurasının 2017-ci il 14 mart tarixli iclasında müzakirə edilərək təsdiqlənib, 15 jurnalist birinci, 30 jurnalist ikinci, 45 jurnalist isə üçüncü yerə layiq görülüb. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfəri mükafata sahib olub.
Novruz bayramı münasibətilə mətbuat işçilərini təbrik edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev vurğulayıb ki, belə tədbirlərin ənənə halı alması təqdirəlayiqdir.
Vüqar Əliyev deyib: “Azərbaycan jurnalistikası bu gün daha güclüdür, fəaliyyəti daha genişdir. Bunun səbəbi ilk növbədə Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsidir. Mediaya dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Ölkəmizdə yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya və radio, jurnalist təşkilatları fəaliyyət göstərir. Mediamız qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediası dövlətimizin təəssübünü çəkir, milli maraqları müdafiə edir”.
Milli Məclisin deputatı Fəttah Heydərov bayram münasibəti ilə jurnalistləri təbrik edib və onların əməyini yüksək dəyərləndirib.
Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi olub. Mükafat alanlar arasında qəzetimizin əməkdaşı Aqşin Şahinoğlu da var.
Tədbirdə Novruz adətlərinə uyğun olaraq yumurta döyüşdürülüb, qalib qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15

