Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır
30.03.2017 [09:40]
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan aprel döyüşlərindən bir il ötür. Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin sübutudur. Bu tarixi döyüşlər, eyni zamanda, Azərbaycan xalqının Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi.
Bu fikri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
Cəlil Xəlilov deyib ki, işğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Hətta bir il keçməsinə baxmayaraq, məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş erməni rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. İnformasiya müharibəsində də düşməni məğlub etdik. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, bütün qəbildən olan veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aprel döyüşlərindən sonra yaralılarla, şəhid ailələrinin üzvləri ilə görüşləri bütün cəmiyyət üçün gözəl nümunədir. Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunun təltif edilməsi onların adlarının əbədiləşdirilməsi yolunda atılmış mühüm addımlardandır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur.
“Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Əldə edilən nailiyyətlərə və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımız həmişə ordumuzun yanındadır. Biz veteranlar qələbəmizə, işğal altındakı bütün torpaqlarımıza tezliklə qayıdacağımıza inanırıq”, - deyə ehtiyatda olan polkovnik bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

