/ / Vergi işçiləri arasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib
Vergi işçiləri arasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib
12.04.2017 [09:45]
Aprelin 8-də vergi xidməti əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 12-ci ənənəvi şahmat turnirinə start verilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.
Vergilər Nazirliyi Aparatının rəhbəri Ağasəməd Əfəndiyev turnir iştirakçılarını salamlayaraq bildirib ki, Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.
Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışan A.Əfəndiyev ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirərək, qeyd edib ki, şahmatın sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.
Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiq dövlət başçısının bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzaladığını, bütün bunların Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratdığını vurğulayıb. Şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsidir ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı günü-gündən çoxalmaqdadır.
Qeyd olunub ki, müstəqilliyini bərpa edənədək Azərbaycanda beynəlxalq ada sahib cəmi 5 şahmatçı vardı, lakin hazırda Azərbaycanda 22 beynəlxalq qrossmeyster vardır, beynəlxalq usta, FİDE ustası adına malik şahmatçıların sayı isə onlarladır. Azərbaycan şahmatçıları FİDE-nin reytinqində yüksək yerləri tutur, ölkəmizin kişilərdən ibarət şahmat komandası iki dəfə Avropa çempionu olub. 2016-cı ildə Azərbaycan şahmat tarixində ilk dəfə olaraq Dünya Şahmat Olimpiadasını qəbul edib. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində yüksək pillələrdə olan beynəlxalq şahmatçılar iştirak edirlər.
Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir aprel ayının 29-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

