“Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilib
02.06.2017 [09:57]
İyunun 1-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində respublikanın şəhər və rayonlarını əhatə edən növbəti, sayca 15-ci “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin yekun mərhələsi keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin direktoru Ələkbər Məmmədov bildirib ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alaraq 2003-cü ildən başlayaraq hər il Vergilər Nazirliyinin təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsi keçirilir. Müsabiqənin əsas məqsədi vergilər barədə məlumatların uşaqların anlaya biləcəkləri tərzdə onlara çatdırılması, gələcəyin nümunəvi vergi ödəyicilərinin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.
Qeyd edilib ki, vergilər nazirinin əmri ilə təsdiq edilmiş müsabiqə bir qayda olaraq hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilir. Cari ildə müsabiqənin iki mərhələdə, seçmə və yekun mərhələdən ibarət olmaqla keçirilməsi qərara alınıb. Müsabiqənin seçmə mərhələsi may ayının 15-dək yerli vergi orqanları tərəfindən onların nəzarət əhatələrinə daxil olan şəhər və rayonların orta məktəbləri və uşaq-gənclər yaradıcılıq mərkəzləri üzrə keçirilib. Builki müsabiqə 2017-cı ilin aprel ayından start götürüb, 1030-dan çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.
Rəsm müsabiqəsi 2 yaş qrupu üzrə (I yaş qrupu - 6-10 yaş, II yaş qrupu - 11-16 yaş), inşa müsabiqəsi isə 9-16 yaş qrupu üzrə keçirilib. İlkin mərhələnin ən yaxşı nəticə göstərmiş şagirdləri növbəti mərhələdə iştirak hüququ qazanıblar. Seçmə mərhələdəki müsabiqələrdə iştirak edən şagirdlərə hədiyyələr, növbəti mərhələdə iştirak hüququ qazanan qaliblərə isə əlavə olaraq müvafiq diplomlar təqdim olunub.
Müsabiqənin yekun mərhələsinin mütəşəkkil və obyektiv keçirilməsi məqsədi ilə müvafiq komissiya yaradılıb və həmin komissiyanın tərkibinə Şamaxı rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin nümayəndələri də daxil edilib.
Tədbirdə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagird və müəllimlərdən ibarət heyət tərəfindən musiqi və rəqs nömrələri nümayiş etdirilib.
Sonra yekun mərhələnin qalibləri elan edilib, onlara diplom və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

