Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib

17.06.2017 [10:14]

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib.
Dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən https://www.facebook.com/AZERTAC-News-from-UkraineBelarusMoldova-1871765836419509/ səhifəyə qoşulmaqla mütəmadi olaraq AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə ən son məlumatları ilə asanlıqla tanış ola bilərlər.
Səhifədə, həmçinin Azərbaycanın milli maraqlarına xidmət edən, ölkəmizdə gedən proseslər barədə məlumatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yer alacaq.
Bundan əlavə, sosial şəbəkə istifadəçiləri qeyd olunan səhifə vasitəsilə vaxtaşırı AZƏRTAC-ın yaydığı xəbərlərlə bağlı suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaqlar.
Oxucularla daim ünsiyyət və əməkdaşlıq qurmağa çalışan AZƏRTAC bu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradıb.

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31