“Qafqaz” Konserv Zavodu barəsində yayılan xəbərlərin heç bir əsası yoxdur”
17.06.2017 [10:15]
KİV nümayəndələri zavodun bütün bölmələrində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edilməsinin şahidi olublar
Bir neçə gün öncə KİV-də mənşəyi məlum olmayan ətlərdən konserv məhsullarının hazırlanması barədə yayılan məlumatlar böyük əks-səda doğurub. Eyni zamanda bu, ortaya bəzi suallar çıxarıb və həmin suallara aydınlıq gətirilməsi, KİV nümayəndələri vasitəsilə ictimaiyyətə doğru məlumatların çatdırılması üçün “Azərsun Holdinq” tərəfindən “Qafqaz” Konserv Zavoduna media tur təşkil olunub. Media nümayəndələri ilə görüşdə yayılan məlumatların tamamilə əsassız olduğunu deyən zavodun direktoru Rüstəm Rüstəmov burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğunu bildirib.
Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir
Öz növbəsində “Azərsun Holdinq”in Biznesin İnkişafına Dəstək və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Afiq Səfərov şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problemin yaşanmadığını bildirib. Bunun keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini deyən A.Səfərovun sözlərinə görə, müəssisədə məhsulun keyfiyyətinə nəzarət “Qafqaz” Konserv Zavodu ilə paralel, mərkəzi ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən həyata keçirilir: “Bu direktorluğun nümayəndələri zavod rəhbərliyinə tabe deyil. Onlar birbaşa mərkəzi direktorluğa tabedir. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar”.
“Qafqaz” Konserv Zavodu yerli tədarükçülərdən ət qəbul etmir, çünki...
Ət konservlərinin hazırlanması barədə ətraflı məlumat verən A.Səfərov “Qafqaz” Konserv Zavodunun son 8 ildə yerli istehsalçılardan ət qəbul etmədiyini bildirib. O, ölkədə mal əti ehtiyatının o qədər də böyük olmadığını və hər ay daxili bazardan əlli ton ətin qəbul olunacağı halda, ölkədə ətin qiymətinin sürətlə qalxacağını söyləyib: “Məhz bu səbəbdən də yalnız xarici bazarlardan və halal sertifikatlı məhsullar qəbul olunur. Buna görə sözügedən məsələ ilə bağlı “Azərsun Holdinq” hər hansı iradı qəbul etmir”.
Bütün mərhələlərdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır
Sonra ətlərin saxlanıldığı soyuducu depolara baş çəkən jurnalistlərin suallarını cavablandıran zavodun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov konserv məhsullarının istehsalı zamanı istifadə olunan ətin zavoda dondurulmuş şəkildə xaricdən gətirildiyini bildirib: “Həmin ət burada soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istehsalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələlərdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa istehsalı dayandırırıq. 4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. Zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır”.
Laboratoriyanın müasir avadanlıqlarla təchiz edildiyini bildirən A.Qədirov KİV nümayəndələrinə istehsal müəssisəsinin 2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistemi, 2008-ci ildən ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi və 2013-cü ildən BRC beynəlxalq sertifikatlarına malik olduğunu söyləyib.
Media tur çərçivəsində KİV nümayəndələri istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesini izləyib, müasir texnoloji avadanlıqlar, laboratoriya ilə yaxından tanış olub, istehsal müəssisəsinin bütün bölmələrində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edilməsinin şahidi olublar. Beləliklə, media turun nəticəsi olaraq keyfiyyətsiz ət qəbulu ilə bağlı “Qafqaz” Konserv Zavodu barəsində yayılan məlumatların şayiə və yalan olduğu üzə çıxıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

