Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bilik Fondu bölgələrdə silsilə mühazirələr təşkil edib

Bilik Fondu bölgələrdə silsilə mühazirələr təşkil edib

17.06.2017 [10:23]

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə iyunun 1-dən 15-nə kimi Bakıda və bölgələrdə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub. Bakı, Gəncə, Sumqayıt, Şirvan, Naftalan şəhərlərində, Beyləqan, Bərdə, Biləsuvar, Hacıqabul, Qazax, Astara, Yardımlı, Xaçmaz, Quba, Qusar, Ağsu, Şamaxı, Abşeron, Ağdam, Tovuz, Şuşa, Ağstafa, Şəmkir rayonlarında yerli ictimaiyyət nümayəndələri, idarə və təşkilatların əməkdaşları üçün qabaqcıl elm və dövlət xadimlərinin, Milli Məclis üzvlərinin 46 mühazirəsi təşkil olunub.
Mühazirələrdə çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli liderin yeri və rolu, Onun siyasi və idarəçilik fəaliyyəti barədə ətraflı məlumat verilib. Fondun mühazirəçiləri bildiriblər ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə çevrilib. Ölkəmiz dünyada yüksək nüfuza malik olan ölkə kimi tanınır, bir çox mötəbər beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Bilik Fondunun mühazirəçiləri şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, kənd və qəsəbələrin mədəniyyət evləri və təhsil ocaqlarında interaktiv şəraitdə keçən mühazirələrdə dinləyicilərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıblar.
Mühazirələrdə həmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.
Tədbirlərə qatılan yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, mühazirəçilərə suallarını ünvanlayıblar. Gələcəkdə Fond tərəfindən təşkil olunacaq maarifləndirici mühazirələrin mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31