“Bu ordenin həm də çox böyük mənəvi dəyəri var”
17.06.2017 [10:20]
Oqtay Həziyev: Cənab Prezidentimiz sanki mənə dünyanı bağışlayıb
Ötən ilin aprelində ermənilərin cəbhə bölgəsində, qoşunların təmas xəttində törətdikləri təxribatların qarşısını alan Azərbaycan Ordusu bir sıra mühüm yüksəklikləri işğaldan azad etdi. Erməni işğalından azad edilən yüksəkliklərdən biri də Lələtəpə yüksəkliyi oldu. Məhz bu ərazinin erməni işğalından azad olunması Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə tam olaraq Azərbaycan Ordusu tərəfindən nəzarət olunmasına şərait yaratdı. Bu məqamda bildirmək yerinə düşər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cocuq Mərcanlı kəndində yeni infrastruktur qurulub, yol çəkilib, evlər tikilib. Artıq yeni qurulan Cocuq Mərcanlıda tikilən evlər yaxın zamanlarda öz sakinlərinə qovuşacaq. Yenidən qurulan kəndin sakinləri, 24 ildir ki, Cocuq Mərcanlını tərk etməyən Həziyevlər ailəsi isə bu günlərdə ikiqat bayram sevincini yaşayır.
Belə ki, iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Orden Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində dövlət bavşçısı tərəfindən Oqtay Həziyevə təqdim edilib. Qeyd edildiyi kimi, Oqtay Həziyev 24 ildir təmas xəttinə yaxın bir ərazidə - Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayır. Ümumiyyətlə, Həziyevlər ailəsi ən çətin zamanlarda, bütün təhlükəyə rəğmən öz yurd-yuvasını tərk etməyib, Cocuq Mərcanlıda yaşayıblar. Erməni silahlı birləşmələrinin atdığı mərmilərin qəlpələri evin hasarını dəlik-deşik etsə də, doğma kəndində öz şəxsi təsərrüfatını yaradan Oqtay Həziyev, həyətyanı sahəsində quşçuluq, heyvandarlıq və əkinçiliklə məşğul olur.
Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oqtay Həziyev öz sevincini “Yeni Azərbaycan” qəzeti ilə bölüşüb. Qəzetimizə müsahibəsində dövlət başçısına mitnnətdarlığını ifadə edən O.Həziyev Cocuq Mərcanlının həyatında yeni mərhələnin başlandığını bildirib:
- Oqtay müəllim, 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmanız münasitbətilə sizi təbrik edirik. İstərdik, keçirdiyiniz hissləri bizimlə bölüşəsiniz...
- Təşəkkür edirəm. Açığını deyim ki, bu mənim üçün çox gözlənilməz oldu. İlk növbədə möhtərəm Prezidentimizə öz adımdan dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentimizin mənə verdiyi bu orden çox yüksək bir təltifdir. Sevincimin həddi-hüdudu yoxdur. Həm də bu ordenin cənab Prezidentimiz tərəfindən şəxsən təqdim olunması mənim üçün böyük bir şərəfdir. Deyərdim ki, bu gün mənim ömrümdə əvəzolunmazdır. Möhtərəm Prezidentimiz böyük şəxsiyyətdir və bütün varlığımızla hər zaman Onun ətrafında sıx birləşməliyik. Bu ordenin həm də çox böyük mənəvi dəyəri var. Möhtərəm Prezidentimiz də bildirdi ki, mən bu Sərəncamı birmənalı şəkildə tərəddüdsüz imzaladım. Deyərdim ki, cənab Prezidentimiz sanki mənə dünyanı bağışlayıb. Mən bir qəhrəmanlıq etməmişəm, öz torpağımda yaşamışam, öz elimdə, obamda yaşamışam. Mən inanıram ki, qısa zaman sonra bütün cəbrayıllılar, Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma yurd-yuvalarında yaşaya biləcəklər. Möhtərəm Prezidentimizin apardığı siyasət, ordumuzun gücü bizdə böyük inam yaradıb.
- Sərəncamda da vurğulandığı kimi, sizin son 23-24 illik həyat yolunuz böyük fədakarlıqdır və özündə Vətənə sevgini, vətəndaşlıq nümunəsini əks etdirir...
- Bu torpaq bizim yurdumuzdur, Vətənimizdir. Bu faktı heç kim dəyişə bilməz. Erməni işğalçıları özləri də anlayırlar ki, biz işğal altındakı torpaqlarımızı azad edəcəyik və bu gün uzaqda deyil. O ki qaldı mənə, bir daha vurğulayıram ki, fikrimcə, mənim etdiyim xüsusi bir qəhrəmanlıq deyil. Hər bir Azərbaycan vətəndaşı yurdunu sevir, torpaqlarımızı canı bahasına qoruyur. Ötən ilin Lələtəpə döyüşlərində qəhrəmanlıq göstərən, canını bu yolda qurban verən şəhidlərimiz bizim üçün nümunədir. Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşanı, Xankəndini və digər rayon və kəndlərimizi işğaldan azad edəcəyi günü görəcəyik və mən buna inanıram. İnanıram ki, bu gün Cocuq Mərcanlıda aparılan abadlıq işləri yaxın gələcəkdə digər işğaldan azad olunan kənd və rayonlarımızda da aparılacaq.
- Bir il öncə erməni işğalından azad edilmiş bir sıra yüksəkliklərimiz Cocuq Mərcanlının yenidən tam olaraq Azərbaycanın nəzarətinə qayıtmasını mümkün etdi. Qısa zaman ərzində kənddə yenidənqurma işləri aparılıb. Bu günün Cocuq Mərcanlısı ilə bir il öncəki Cocuq Mərcanlı çoxmu fərqlənir?
- Əlbəttə ki... Ötən ilin aprelinə qədər hər gün evimizə atəş açılırdı. Demək olar ki, böyüklü-kiçikli öyrəşmişdik bu səsə. Amma Azərbaycan Ordusunun 2016-cı ildəki aprel zəfəri erməni atəşi altında olan Cocuq Mərcanlıya yeni can verdi. Möhtərəm Prezidentimizin əmri ilə kəndimizdə yeni evlər, məktəb, məscid tikilib, yollar çəkilib. Qısa zamanda çox gözəl, yeni və rahat mənzillər inşa olundu. Lələtəpə yüksəkliyinin azad olunması kəndimizi bütün təhlükələrdən uzaq saldı. Bir daha öz adımdan, ailəmiz adından, bütün Cocuq Mərcanlılar adından cənab Prezidentimizə təşəkkür edirik, Ona uzun ömür, cansağlığı arzulayırıq.
- Oqtay müəllim, bir daha ürəkdən sizi təbrik edirik...
- Minnətdaram...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

