Təhsil Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında protokol imzalanıb
31.08.2017 [10:35]
Avqustun 30-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi təhsil naziri Mikayıl Cabbarov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae imzalayıblar.
Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün online elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verməkdir.
Görüşdə nazir Mikayıl Cabbarov Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan danışıb. Qeyd olunub ki, müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır. İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır. Son illərdə müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində Təhsil Nazirliyinin gördüyü işlər bu prosesə təkan verib.
Nazir Azərbaycanla Koreya arasında təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan Koreya ilə əməkdaşlığı yüksək qiymətləndirib.
Layihə çərçivəsində əsas planın, Elektron Tədris Sisteminin, Tədrisin Məzmununun Saxlanılması Sisteminin, müəllimlərin online təhsili üçün portalın, online təhsil məzmununun hazırlanması, eyni zamanda, server, video, audio, studiya avadanlıqları və materiallarının alınması nəzərdə tutulub. Həmçinin Elektron Tədris Sisteminin idarə olunması ilə əlaqədar Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlimlərin keçirilməsi də planlaşdırılıb.
Layihə üç il müddətində icra olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

