UNEC-in Prezident təqaüdçüləri: Seçimimizdən məmnunuq!
15.09.2017 [10:17]
Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oriyentasiya günü” keçirilib. UNEC-də ənənəvi olaraq hər il keçirilən və dünyanın aparıcı universitetlərində də xüsusi qeyd edilən “Oriyentasiya günü”nün məqsədi I kurs tələbələrini universitet həyatı ilə tanış etmək, ilk günün təəssüratlarını zənginləşdirmək, yuxarı kurs tələbələri ilə birlikdə pozitiv anlar yaşamaqdır.
Universitetin bütün tədris binalarında keçirilən “Oriyentasiya günü”ndə I kurs tələbələrinə UNEC barədə videoçarx nümayiş olunub. Videoçarxda UNEC-in tarixi, tədris prosesi, beynəlxalq əlaqələri, ikili diplom, mübadilə və təqaüd proqramları barədə məlumat verilib. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbə və valideynləri maraqlandıran suallara cavab verməklə yanaşı, onlar üçün universitet ərazisində infoturlar da təşkil ediblər. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan tələbələr Elektron Universitet Modelini maraqla qarşılayıblar. Öz startap layihələrini İnnovativ Biznes İnkubatorda reallaşdıra biləcəyini öyrənən gənclər UNEC-in tələbələrə yaratdığı imkanlardan məmnun qaldıqlarını ifadə ediblər.
Qəbul imtahanlarında 700 bal toplayaraq UNEC-ə qəbul olan Prezident təqaüdçüləri Cavad Əliyev və Arzu Məmmədzadə ixtisas seçimindən öncə burada olaraq dərslərdə iştirak etdiklərini bildiriblər: “Universitetlə ilk tanışlıqdan sonra böyük və möhtəşəm UNEC ailəsinin üzvü olmağa qərar verdik. Seçimimizdən məmnunuq!”
“Oriyentasiya günü”ndə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. Eyni zamanda, UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi də nümayiş etdirilib. Vokal, rəqs, bədii qiraət və rəssamlıq bacarığı olan I kurs tələbələrinə Yaradıcılıq Mərkəzinə üzvlük qaydaları izah edilib.
Karyera guşəsində tələbələrə seçdikləri ixtisasların əmək bazarındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib, peşəkar mütəxəssis kimi formalaşmaq istiqamətində tövsiyələr olunub. Beynəlxalq Əməkdaşlıq Departamentinin nümayəndələri tələbələrə UNEC-in beynəlxalq əlaqələr sahəsindəki uğurlarından söz açıb, mövcud proqram və layihələr barədə informasiya veriblər.
Qeyd edək ki, 2017/18-ci tədris ilində UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə - 96,6 faizlə yerinə yetirilib. Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş olub. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi (I ixtisas qrupu üzrə isə 2 nəfər) UNEC-i seçib. Sevindirici haldır ki, bu il II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 nəfərin 17-si isə məhz UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsidir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

