/ / Məhkəmə və digər orqanların qərarlarının icrasını yerinə yetirməməyə görə məsuliyyəti yaradan hallar
Məhkəmə və digər orqanların qərarlarının icrasını yerinə yetirməməyə görə məsuliyyəti yaradan hallar
22.11.2017 [09:51]
22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür
Ölkəmizdə Ulu öndər Heydər Əliyevin yaratdığı siyası sabitlik, vətəndaş həmrəyliyi Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində daha da möhkəmlənmiş və bu proseslər dönməz xarakter almışdır.
Azərbaycanın sivil dünyaya, Avropa dəyərlərinə inteqrasiyası uğurla davam edir, beynəlxalq birlikdə fövqəl dövlətlərdə Azərbaycan həqiqətləri daha aydın qəbul edilməyə başlanmışdır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş 12.02.2013-cü il tarixli iclasda dövlət başçısı tərəfindən verilmiş tapşırıqların ədliyyə orqanlarında icrasının təşkili barədə Ədliyyə Nazirliyinin kollegiyasının 15.02.2013-cü il tarixli qərarı qəbul olunmuşdur.
Qeyd olunan kollegiya qərarının icrasını təmin etmək məqsədilə:
- üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmək, məhkəmə və digər orqanların qərarlarının vaxtında və dürüst icrasını, icra tədbirlərinin effektliyini təmin etmək:
- icra prosesi zamanı qanunvericiliyin tələblərinə və insan hüquqlarına ciddi riayət etmək, habelə bu sahədə qəbul edilmiş qərar və əmrlərin tələblərini dönmədən və düzgün yerinə yetirmək tələb olunmuşdur.
Bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində, Ədliyyə Akademiyasında, yerli icra qurumlarında icra sənədlərinin icrasının səmərəliliyini artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq Ədliyyə Akademiyasında kurslar təşkil edilir, Ədliyyə Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi əsasında “Qanundan kənar” verilişi fəaliyyət göstərir. Hər hansı bir kateqoriya üzrə icra sənədinin icra prosesi İctimai kanalın “Qanundan kənar” verilişində yayımlanırsa, bu, həmin kateqoriya üzrə icra sənədinin icra prosesinə müsbət təsir göstərir. Belə ki, hər hansı bir borclunun kredit və ya aliment borcu varsa, həmin borcun alınması və yaxud ödənilməsi mexanizmi İctimai kanalda yayımlanırsa, bu kateqoriya üzrə bütün borclular öz üzərinə düşən hüquq və vəzifələrini, məsuliyyətlərini dərk edirlər. Bu da özü-özlüyündə ictimai təsir qüvvəsinə malikdir. Çünki həmin şəxslər ictimai qınaq hədəfinə çevrilməkdən çəkinirlər.
İcra sənədinin icrasını təmin etmək məqsədilə, eyni zamanda, mətbuatda da bu istiqamətdə geniş yazılar dərc edilir, bu məqsədlə Zahir Əlizadənin müəllifliyi ilə məhkəmə və digər orqanların qərarlarının icra prosedurunu və əsaslarını tənzimləyən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun Kommentariyası nəşr edilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 25.08.2016-cı il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun Kommentariyası hər bir icra məmuruna təqdim edilmiş, nəzəri və praktiki əhəmiyyəti diqqətə çatdırılmaqla gündəlik fəaliyyətdə istifadə olunması tövsiyə edilmişdir.
İcra Baş İdarəsində seminar-məşğələlərin keçirilməsi zamanı Kommentariyada istifadə edilməsinin əhəmiyyəti izah olunmaqla, məşğələlərdə iştirak etmək arzusu olan əməkdaşların məlumatlandırılması və mövzular barədə təkliflərin İcra Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Hüquqi maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, icra icraatı zamanı məhkəmə və digər orqanların qərarları ilə borclu və ya cavabdeh qismində olan şəxslər qərarların icrasından qəsdən yayınır, belə ki, üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyərək məsuliyyəti dərk edərək və yaxud dərk etməyərək qanun çərçivəsində yerinə yetirmirlər.
İcra işlərinin qanunla müəyyən olunmuş vaxtda icra olunmasını gücləndirmək, məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək, hüquqi maarifləndirmə məqsədilə nəzəri məqalələrin də mətbuat orqanlarında geniş oxucu kütləsi üçün dərc olunması zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə istinad etsək, orada qeyd edilir ki, məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Eyni zamanda, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir, icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Həmin qanunun 3-cü maddəsində qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; eyni zamanda, məhkəmə və digər orqanların qərarların icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Müvafiq orqan (məhkəmə və ya digər) tərəfindən icra edilməli olan sənədlər (məhkəmənin qərarları; məhkəmənin qərardadları; məhkəmə əmrləri; alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; notariat orqanlarının icra qeydləri; inzibati xətalara dair işlərə baxma səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; Azərbaycan Respublikasının qaunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; vekseldə onun aksepti haqqında qeyd olunubsa. Onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar) icra edilməsi üçün icra qurumlarına göndərilir.
İcra edilməli olan icra sənədləri icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8.9 maddələrinin tələblərinə uyğundursa, icra sənədi üzrə icra məmuru icraata başlama haqqında qərar qəbul edir.
İcra məmuru tərəfindən qəbul edilmiş icraata başlama haqqında qərarın surəti icra sənədini icraya yönəldən məhkəmə və digər orqana məlumat üçün göndərilir.
Eyni zamanda, icra məmuru tərəfindən həmin qərar (icra sənədi üzrə icraata başlama haqqında) iş üzrə borclu və cavabdeh qismində olan şəxslərə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə icra sənədində qeyd edilən ünvana xəbərnaməli poçt vasitəsilə və ya digər üsullarla göndərilir.
Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başladığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildişirdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Xəbərnaməli və ya sadə poçt vasitəsilə iş üzrə borclu icra sənədi üzrə icraata başlama haqqında qərarın surətini və tələbin könüllü icrası haqqında bildiriş aldıqdan sonra poçt göndərişinin verilməsi haqqında xəbərnaməni şəxsən imzalayaraq qəbul edirsə, borclu tərəfindən imzalanmış xəbərnamə icra qurumuna və ya icra məmuruna qaytarılmalıdır. Qərar və bildirişi rəsmi qəbul edən iş üzrə borclu tərəf icra qurumuna gəlməyə borcludur. Hər hansı səbəbdən gələ bilmirsə (üzrlü və ya ürzsüz), bu barədə icra qurumuna və yaxud icra məmuruna məlumat verməlidir.
Əgər icra sənədi üzrə borclu heç bir səbəb göstərmədən icra sənədinin icrası ilə əlaqədar icra qurumuna və ya icra məmurunun çağırışına gəlmirsə, bu zaman icra məmuru tərəfindən ünvana çağırış vərəqəsi göndərilir. Çağırış vərəqəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələbləri qeyd edilir.
İcra məmuru tərəfindən göndərilmiş çağırış vərəqəsini alan borclu əgər hər hansı bir səbəb olmadan icra qurumuna və ya icra məmuruna məlumat vermədən icra sənədinin icrası ilə əlaqədar icra qurumuna gəlmirsə, bu hal məhkəmə və digər orqanların qərarlarının icrasını yerinə yetirməməyə görə məsuliyyəti yaradan hallara səbəb ola bilir.
Belə ki, borclu icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi alır, lakin heç bir yazılı və şifahi məlumat vermədən icra qrumuna gəlmir. Belə olan halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbi borclunun əmlakına yönəltmək məqsədilə aidiyyəti orqanlara sorğular göndərilir və bu barədə yazılı qaydada xəbərdar olunur.
Bu qanunun 43-cü maddəsinə istinad etsək, məcburi icra tədbirləri aşağıdakı hallarda həyata keçirilir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əməl haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi); tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
Əgər tələb qeyri-pul tələbidirsə (məsələn, uşaq tələbi, həyətyanı sahənin bölünməsi, evə köçürülmə, evdən çıxarılma və sair), onda məcburi icra tədbiri olaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun məcburi qaydada gətirilməsi barədə yerli məhkəməyə təqdimatla müraciət edir.
İcra sənədinin icra müddəti 2 (iki) ay müddətində olduğundan (zəruri hallarda 3 (üç) aya qədər uzadıla bilər) bu müddət ərzində icra sənədinin icrasını təmin etmək məqsədi ilə zəruri icra tədbirləri həyata keçirilir. Borclu barədə aidiyyəti orqanlara verilmiş sorğulara cavab alınır. Alınmış cavablarda borclunun adına tələbi yönəldilə biləcək əmlak-nəqliyyat vasitəsi, daşınmaz əmlak və ya torpaq sahəsi, pul vəsaiti aşkar edilərsə, bu barədə bir daha tələbin əmlaka yönəldiləcəyi barədə borcluya xəbərdarlıq edilir.
Əgər tələb hüquqi şəxs tərəfindən könüllü müddət ərzində icra edilmirsə, verilmiş sorğulara əsasən bank hesabları mövcud olarsa, tələbi həmin vəsaitlərə yönəltməklə, hesablaşma hesablarının üzərinə inkasso sərəncamının qoyulacağı barədə xəbərdarlıq edilir.
Eyni zamanda, tələb cərimə cəzasına məhkum edilmiş şəxs tərəfindən cəzaların icrası məcəlləsinin 23-cü maddəsinin tələbinə uyğun icra edilmirsə, icra məmurunun təqdimatı əsasında daha ağırlaşdırıcı cəza ilə əvəz olunacağı barədə xəbərdarlıq edilir (bu növ xəbərdarlıq azadlıqdan məhrumetmə ilə bağlı olmayan bütün növ cəzalar üzrə tətbiq edilə bilər).
Qeyd edilən xəbərdarlıqlar xəbərnaməli poçt vasitəsi ilə borcluya göndərilir. Əgər borclu xəbərnaməli poçt qəbzini imzalayırsa, lakin icra məmurunun çağırışına gəlmirsə, onda məcburi icra tədbiri olaraq onun barəsində məcburi gətirilmə barədə məhkəməyə müraciət olunur.
Məhkəmənin müvafiq borclunun məcburi gətirilmə barədə qərarı icra olunması üçün yerli polis orqanlarına göndərilir.
Məcburi gətirilmə qərarı əsasında icra qurumuna gətirilmiş borcludan icra məmuru tərəfindən izahat alınır. Ona (borcluya) icra qurumuna məcburi qayadada gətirilənə qədər icra olunası icra sənədi üzrə görülmüş məcburi icra tədbirləri barədə məlumat verilməklə xəbərdar olunur, bir daha tələbin könüllü icra edilməsi tələb edilir.
Əgər borclu tərəfindən icra edilməli sənəd üzrə apelyasiya şikayəti və ya həmin icra sənədi üzrə müvafiq məhkəmə qərardadı əsasında icra sənədinin icrasının (pul tələbinə dair) hissə-hissə ödənilməsi və ya müəyyən müddətə təxirə salınma varsa, bu halda qanunda nəzərdə tutulmuş qaydada yuxarıda qeyd edilən zərurətlər aradan qaldırılanadək icra məmurunun təqdimatı əsasında icra sənədinin icrası dayandırılır.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində göstərilən tələblərin hər hansı biri borclu tərəfindən səbəb kimi icra məmuruna təqdim edilmirsə, onda borclunun hərəkətləri icra sənədinin icrasından hər hansı bir üzrlü səbəb göstərilmədən qəsdən yayınma kimi qiymətləndirilir.
Əgər yuxarıda sadalanan xüsusatların heç biri icra qurumuna və yaxud icra məmuruna təqdim olunmursa, habelə məcburi qaydada və ya könüllü gəlmiş borclu tərəfindən üzrlü səbəb kimi təqdim olunmursa, belə olan halda, borclu və ya cavabdeh öz hərəkət və ya hərəkətsizliyi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yaratmış olur.
İcra icraatı zamanı borclunun əməllərində inzibati xətanın tərkibi olarsa, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün yerli məhkəməyə təqdim edilir.
Əgər təqdimat təmin edilirsə, borcluya məhkəmənin inzibati iş üzrə qərarı ilə inzibati qaydada tənbeh tətbiq edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yeitirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək cərimə edilir.
İnzibati qaydada tənbeh edilmiş borcluya tələbin könüllü icrası üçün qanunla müəyyən olunmuş qaydada təkrarən on gün müddətinə vaxt verilir. Əgər bu müddət ərzində borclu hər hansı bir üzrlü səbəb olmadan tələbin icrasını həyata keçirmirsə, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş qaydada (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə); “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsinin tələblərinə uyğun olaraq (icra məmurunun qanuni tələblərini yerinə yetirməmə, məhkəmə və digər orqanlarının icrası haqqında qanunvericiliyini pozma) müvafiq tədbirlər görülür.
İnzibati tənbeh etmədən sonra borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmirsə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatla müraciət olunacağı xəbərdar olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə min manatdan üç min manatadək cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin kommentariyasına nəzər salsaq, orada qeyd edilir ki, məhkəmənin qətnaməsi, hökmünu, qərarını və ya digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Belə hərəkətsizlik məhkəmə qətnaməsi üzrə verilməli olan əmlakı verməmədə, hökm üzrə ödənilməli olan cəriməni ödəməmədə, alimenti və sairədə ifadə oluna bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02.10.2012-ci il tarixli Qərarında deyilir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və ya icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Həmin qanuna görə, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin kommentariyasının 6-cı bəndində qeyd edilir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır. Bu əmələ görə cinayət məsuliyyəti məsələsini həll edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarını nəzərə almaq zəruridir. Orada deyilir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallar yaranır. Deməli, məhkəmə aktını qərəzli icra etməməyə görə cinayət məsuliyyəti müvafiq şəxsin inzibati məsuliyyətə cəlb edilməsindən sonra yarana bilər. Lakin şəxsin İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması avtomatik olaraq onun CM-in 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxara bilməz. Həmin Plenum qərarında deyilir ki, CM-in 306-cı maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:
- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
- borcluya məhkəmə qərarının icra edilməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
- borclu tərəfindən məhkəmə qərarlarının icrası üçün yetərli tədbirlərin görülməməsi;
- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması;
Konstitusiya məhkəməsinin mövqeyindən aydın olur ki, məhkəmə aktını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi inzibati məsuliyyətə cəlbetmədən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər.
Əgər icra sənədi qərəzli olaraq icra edilməzsə, icra məmuru tərəfindən məhkəmənin və digər orqanın qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimatla (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq) müraciət edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində (vətəndaşların vəzifələrinin əsası) qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir.
Qanunlarımızı bilməliyik ki, məsuliyyəti yaradan hallara yol verməyək.
Məmməd Müsəllimov
Beynəlxalq Hüquq Magistrı
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

