Güclü turizm potensialı olan Oğuz müasirləşir, inkişaf edir
29.08.2009 [10:18]
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Oğuzda da qabarıq şəkildə büruzə verir. “Yeni Azərbaycan” qəzeti olaraq 2004-2008-ci illəri əhatə etmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerlərdə necə həyata keçirilməsini, rayon, şəhər, qəsəbə və kəndlərimizin necə inkişaf etməsini oxucularımıza bir daha əyani surətdə çatdırmaq üçün başladığımız layihəni davam etdiririk.
Tarixi qədim olan Oğuz...
Oğuz rayonu 1930-cu ildə yaradılıb. Şimaldan Rusiya Federasiyası, qərb və cənubdan Şəki, şərqdən Qəbələ rayonu ilə sərhəddir. Oğuz rayonu Azərbaycanın zəngin təbiəti və güclü iqtisadi potensialı olan bölgələrindəndir. ümumi sahəsi 1077 kv.km-dir. Rayonda bir şəhər və 35 kənd var. Rayon mərkəzi olan Oğuz şəhəri 1961-ci ilə kimi kənd, 1961-1968-ci illərdə şəhər tipli qəsəbə olub.
1999-cu ildə rayonda əhalinin sayı 36,5 min nəfər olub. Həmin ildə aparılmış siyahıyaalmaya görə əhalinin 81,5 faizini azərbaycanlılar, 14,2 faizini ləzgilər, 0,3 faizini udinlər, qalanını isə başqa millətlər təşkil edir. 2009-cu ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə, Oğuz əhalisinin sayı 40290 nəfər olub.
Rayon ərazisinin 85 faizindən çoxunu Böyük Qafqazın cənub yamacları tutur. Buranın ən hündür nöqtəsi Malqamud dağıdır (3879 m). İkinci yüksək zirvə olan Tiklərbaş dağının hündürlüyü isə 3506 metrdir.
Rayonun meşə sahəsi 40 min hektardır. Meşələr enliyarpaqlı ağac növlərindən palıd, fıstıq, vələs, qarağac, göyrüş, qovaq kimi qiymətli ağaclarla zəngindir. Ən çox yayılmış heyvanlar maral, cüyür, dağkeçisi, çöl donuzu, ayı, tülkü, dovşan, çaqqal, canavar və başqalarıdır.
Oğuzun ən geniş yayılmış mineral-xammal ehtiyatları gil, gillicə, qum, çınqıl və əhəng daşından ibarətdir. çoxlu mineral su bulaqları var. Bunlardan Xalxal isti mineral bulağı xüsusi əhəmiyyət kəsb edir.
Oğuz ərazisini cənub yamacın ən iri çayları Türyan, Əlican, Əyri və onların qolları Nəzər, Ağ, Xalxal, Oğuz və Daşağıl çaylarının hövzələri əhatə edir.
Oğuz rayonunun ümumi ərazi torpaqlarının 36,5 faizi, yəni, 44492 hektarı kənd təsərrüfatı sahələri üçün əlverişlidir. Kənd təsərrüfatının əsas aparıcı sahələri qərzəkli meyvəçilik, taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılıqdır. Sənaye sahəsi zəif inkişaf edib. İnzibati ərazi üzrə ümumi avtomobil yollarının uzunluğu 172 km-dir.
Oğuz rayonunun tarixi haqqında məlumatlar kifayət qədərdir...
Oğuz ərazisi kurort-turizm məqsədləri üçün geniş istifadə imkanlarına malikdir. Rayon ərazisindəki tarixi memarlıq əbidələri və aparılmış qazıntılar buranın qədimdən başlayaraq insan məskənləri olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Oğuzun cənubunda aşkar edilmiş Kurqan neolit dövrünə aiddir ki, bu da 7 min il bundan əvvəlki tarixə uyğun gəlir. Xalxal, Sincan, Padar, Dəymədərə və Tərkeş kəndləri ərazisində aparılan qazıntılar zamanı tapılmış əşyalar isə tarixin dəmir əsrinə aiddir.
IX əsrdə Muxas kəndində tikilmiş bürcdən XIV əsrə qədər istifadə edilib. Kərimli kəndindəki türbə qalığı XV əsrə aiddir. Xaçmaz kəndi yaxınlığındakı Gavur qalası VII əsrdə tikilib. Calud kəndindəki ibadətgah XVI əsrin yadigarıdır. Filfilli kəndi yaxınlığındakı Surxay xan qalası XVIII əsrdən xəbər verir. Oğuz şəhərinin şimalında yerləşən digər bir qalanın min illik tarixi var. ümumiyyətlə, rayon ərazisində 30-a qədər tarixi abidə mövcuddur.
Kərimli yaxınlığındakı arxeoloji abidələr kompleksi, əsasən, e.ə. IX-VI əsrlərə aid edilir. Qəbirlərin birindən Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan və e.ə. III minilliyə aid edilən gil qablar tapılıb.
2500 il bundan əvvəl salınmış Qəbələ şəhərinin xarabalıqları rayonun qonşuluğundadır. Bu şəhər V əsrədək Albaniyanın paytaxtı olub...
Oğuz rayonu intibah mərhələsində...
2008-ci il ölkəmizin bütün bölgələrində olduğu kimi Oğuz rayonu üçün də uğurlu olub. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tələblərindən irəli gələn müddəalara uyğun olaraq rayonda genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılıb. Dövlət Proqramının icrasına uyğun olaraq bu ilin əvvəlinədək rayonda 10832 yeni iş yeri açılıb ki, bunun da 2612-si daimidir. ötən il isə 1229 yeni iş yeri açılıb ki, bunun da 556-sı daimidir.
ötən il müasir tələblərə cavab verən Olimpiya İdman və Mehmanxana Kompleksi istifadəyə verilib. Hər iki obyektin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Prezident şəhərdəki yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə hazırlanmış layihə əsasında milli memarlıq üslubunda salınan analoqu olmayan parkın və Qlükoza zavodunun tikintisi ilə də tanış olub. Zaqafqaziyada yeganə olan Qlükoza zavodunun dəyəri 12 milyon ABŞ dollarıdır. Zavod tam gücü ilə işlədikdə burada 80 ton qarğıdalı emal ediləcək, bundan qida sənayesində istifadə olunan 50 tona yaxın qlükoza istehsal ediləcək.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq tikilib istifadəyə verilmiş strateji əhəmiyyətli Filfilli körpüsü kənd və rayon sakinlərinin böyük razılığına səbəb olub.
Oğuz - Xaldan yolunun 6 kilometrlik hissəsi təmir edilib. Rayonda inşa edilən 80 çarpayılıq müasir tipli xəstəxana binasında tikinti işləri başa çatıb.
Bununla yanaşı, Oğuz şəhərində sutkalıq istehsal gücü 5 ton olan yeni çörək və çörək məmulatları sexi tikilib istifadəyə verilib. Bu isə rayon əhalisinin çörəyə olan tələbatını ödəyir.
Heydər Əliyev, Fərrux Seyidov, Şərif İbrahimov, 20 Yanvar, Şıxəli Qurbanov, Dədə Qorqud küçələri boyunca uzunluğu 1380 m olan işıqlandırma sistemi müasir tələblərə uyğun olaraq yenidən qurulub. Küçədəki binaların, obyektlərin, bulaqların təmiri, şəhərin mərkəzində “Heydər Parkı”nın yanından başlayaraq səkilərə zövq oxşayan tametin döşənməsi, küçənin qalan hissəsinin asfaltlaşdırılması təmin edilib. Küçəboyu müasir işıqlandırma lampaları quraşdırılıb.
Rayonda müasir tələblərə cavab verən mədəniyyət mərkəzi yenidən tikilərək istifadəyə verilib. ötən il, həmçinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Bütün kommunikasiya və istilik sistemi ilə təchiz olunmuş 16 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb. Bir nəfər Qarabağ əlilinə fərdi yaşayış evi, bir nəfər Qarabağ müharibəsi, 1 nəfər Böyük Vətən Müharibəsi əlilinə “OKA” markalı minik maşını verilib.
Rayon əhalisinin içməli su ilə təminatı diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərsu Səhmdar Cəmiyyəti tərəfindən bu mühüm məsələnin həlli üçün böyük işlər görülüb, rayonun Yaqublu, Zərrab, Şirvanlı, Xaçmaz, Padar, Sincan Muxas, Calud kəndlərində 14 artezian quyusu qazılıb. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonun Bucaq kəndində 13 km uzunluğunda yeni su kəməri çəkilib. Rayon əhalisinin su təchizatının təmin edilməsi məqsədilə Oğuz şəhərinin K.Marks, S.Qaziyev, Gənclik, Heydər Əliyev və başqa küçələrində, Xaçmaz, Bayan, Astraxanovka, Böyük Söyüdlü kəndlərində içməli su xətlərində cari təmir işləri görülüb.
Şəhərin aşağı hissəsindəki yaşayış massivində yerləşən Şıxəli Qurbanov küçəsi yenidən qurulub. Küçədə hərəkət hissəsinin eni 8 metr olan 480 metrlik yol salınıb, yolun kənarlarında səki tikilib, su arxları çəkilib.
Rayonda turizmin inkişafı üçün böyük imkanlar var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonunda səfərdə olarkən deyib: “Oğuz rayonu çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. çox gözəl mənzərəli yerləri var. Əminəm ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük xidmətlər göstərəcək. Rayon rəhbərliyi bu sahənin inkişafına köməkliyin gücləndirilməsi, şəraitin yaradılması üçün bütün imkanlardan istifadə edir. Oğuz şəhəri, Calud və Xalxal kəndləri ərazisində yeni turizm obyektləri tikilir. Yalnız Oğuz rayonu ətrafında qurulacaq obyektlərə 15 milyondan çox sərmayə qoyulması nəzərdə tutulmuşdur”.
Oğuzun sosial-iqtisadi mənzərəsi...
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrlə əlaqədar Oğuz rayonunda bazar iqtisadiyyatının inkişaf etdirilməsi, sahibkarlar üçün imkanların yaradılması, investisiyalar cəlb olunması sahəsində müəyyən işlər görülüb. özəl sektorun inkişafına, sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilib. Sahibkarlar tərəfindən Oğuz şəhərində, Baş Daşağıl, Xalxal, Bayan kəndləri ərazilərində istirahət mərkəzləri tikilərək istifadəyə verilib. Sahibkarlara Texnika Bank tərəfindən 677 min manat, Kapital Bankın Oğuz filialı tərəfindən 650 min manat kredit verilib.
Qeyd edək ki, rayonun ümumi istifadəsində 106709 hektar torpaq sahəsi var. Bunun 66174 hektarı, yəni 62 faizi dövlət mülkiyyətində saxlanılıb. 19617 hektarı, yəni 18 faizi bələdiyyə mülkiyyətinə ayrılıb və 20918 hektarı, yəni 20 faizi xüsusi mülkiyyətə verilib.
ötən il rayonda ilk dəfə olaraq 42.445 ton payızlıq taxıl, o cümlədən, 29342 ton buğda, 13.103 ton arpa istehsal edilib. 2007-ci ilə nisbətən payızlıq taxıl istehsalı 13.744 ton və ya 47.9 faiz, o cümlədən, buğda istehsalı 11.977 ton və ya 69 faiz, arpa istehsalı 1767 ton və ya 15.6 faiz artıb. Payızlıq taxılın hər hektarından məhsuldarlıq 26.3 sentnerə bərabər olub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli sərəncamları rayonun fermerləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb, onların kənd təsərrüfatı məhsullarının istehsalına marağını artırıb. Belə ki, 4415 nəfər istehsalçıya 761 min manat vəsait verilib.
Rayonda yaradılmış “Aqrotex servis” müəssisəsi tərəfindən torpaq sahiblərinə aqrotexniki xidmət göstərməklə yanaşı güzəştli şərtlərlə mineral gübrələrin satışı təşkil edilib.
ötən il, eyni zamanda, rayonda iribuynuzlu mal-qaranın sayı 28889 baş, qoyun və keçilərin sayı 60943 baş, quşların sayı 113047 baş olub ki, bu da əvvəlki ilə nisbətən xeyli çoxdur. Sahibkarlar tərəfindən Kərimli kənd bələdiyyəsinə məxsus 31 hektar ehtiyat fond torpaqlarında müqavilə yolu ilə Fransadan yüksək məhsuldar ting gətirilərək üzümlük salınıb.
Təhsil, səhiyyə və mədəniyyət sahəsi...
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və Heydər Əliyev Fondunun vəsaiti hesabına “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonda 960 yerlik 6 yeni məktəb binası tikilib, şəhər 1 və 2 saylı orta məktəblərin binaları əsaslı şəkildə təmir olunub. 2008-ci ildə Oğuz şəhərində, Böyük Söyüdlü və Xaçmaz kəndlərində hər biri 360 yerlik olmaqla 3 yeni məktəb binasının tikintisinə başlanılıb.
2008-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 152 nəfər məzun ali, 73 nəfər orta ixtisas məktəblərinə daxil olub. 2007-ci ildə rayon üzrə 500-dən yuxarı bal toplayanların sayı 16 nəfər idisə, 2008-ci ildə bu rəqəm 2 dəfədən çox artaraq 33 nəfər təşkil edib. 600-dən çox bal toplayanların sayı da 3 nəfər artaraq 5-ə çatıb.
Məlumat üçün qeyd edək ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına qədər rayonda 2 məktəb tikilmişdi.
2008-ci ildə, həmçinin, rayonda səhiyyə xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində xeyli işlər görülüb. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş 80 çarpayılıq xəstəxananın tikintisi də yekunlaşıb. Xəstəxanada müasir avadanlıqların quraşdırılması prosesi gedir və yaxın vaxtlarda səhiyyə ocağı rayon sakinlərinin istifadəsinə veriləcək. Rayonda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılıb. Təcili yardım şöbəsinə 2 ədəd yeni təcili yardım maşını gətirilib. Mərkəzi rayon xəstəxanasında yeni açılmış biokimyəvi laboratoriya açılıb.
Rayon mədəniyyət və turizm şöbəsində 4 mədəniyyət evi, 23 klub, Mərkəzi Kitabxana Sistemi və onun 31 filialı, 2 muzey, yeddiillik uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Hesabat ilində şöbənin müəssisələrində bir sıra təmir işləri aparılıb, yeni inventar və avadanlıqlar alınıb.
Rayondakı abidələrin 32-si dövlət tərəfindən qorunur. Kərimli ərazisində, Yaqublu kəndinin yaxınlığında yerləşən kurqanlar bu sahədə mühüm rol oynayır. Burada aparılan qazıntı zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri eramızdan 1500 il əvvələ aiddir. Kurqanlardan tapılan bu nümunələr xalqımızın o vaxtlardan oturaq həyat sürdüyünü sübut edir. Kurqana, buradakı tapıntılara maraq çox böyükdür. 12 metrlik kurqan hazırda respublikamızda aşkar edilmiş ən iriölçülü iki kurqandan biridir. Kurqanın üstündə kümbəz tikilir.
Gənclər və idman sahəsi...
“Azərbaycan Gəncliyi Dövlət Proqramı”na (2005-2009-cu illər) uyğun olaraq ümumrayon tədbirlər proqramı hazırlanıb, rayon rəhbərliyi tərəfindən təsdiq edilib.
Rayon əhalisinin 10 min nəfərdən çoxunu gənclər təşkil edir. 2008-ci ildə gənclərlə bağlı təşkilati məsələlər və idman sahəsi üzrə bir sıra tədbirlər həyata keçirilib. Gənclərin vətənpərvərlik tərbiyəsi, gənclər arasında hüquq pozuntuları, narkomanlıq və digər neqativ halların profilaktikası, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi üzrə müxtəlif tədbirlər keçirilib.
Əhalinin sosial müdafiəsi məsələləri...
ötən müddət ərzində Oğuz rayonu üzrə 6117 pensiyaçıya, 1357 sosial müavinət alana xidmət göstərilib. Pensiya və müavinətlərin ödənişi üzrə borc qalmayıb. 4541 nəfər üzvü olan 1036 ailəyə aylıq 95348 manat ünvanlı dövlət sosial yardımı təyin edilib. Əhalinin məşğulluq məsələləri, onların rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə müvafiq işlə təmin olunması diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə özünün məşğulluq problemi ilə bağlı 482 nəfər vətəndaş müraciət edib. Onların 332 nəfəri daimi işə göndərilib. 28 nəfərə münasib iş olmadığı üçün “Məşğulluq haqqında” Qanuna müvafiq olaraq işsiz statusu verilib, 34 nəfərə isə işsizliyə görə müavinət təyin edilib.
İş axtaranlarla iş verənlər arasında əlaqə yaradılması məqsədilə 18 iyul 2008-ci il tarixdə Oğuz şəhərində əmək yarmarkası keçirilib. Əmək yarmarkasında 167 boş iş yeri təqdim edilib, 58 nəfər daimi işlə təmin olunub.
Rayonda ticarət fəaliyyəti ilə məşğul olan 1 dövlət, 39 qeyri-dövlət müəssisəsi mövcuddur.
Hesabat dövründə rayon üzrə ticarətdə əmtəə dövriyyəsinin həcmi 33107,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4926,2 min manat olub və keçən ilə nisbətən əmtəə dövriyyəsinin həcmi 8275,3 min manat və ya 33,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1059,6 min manat və ya 27,4 faiz artıb.
Hesabat dövründə əhali təsərrüfatlarında 124 yaşayış yeri, bir şadlıq sarayı tikilib istifadəyə verilib. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 10.900 kv/metr, yaşayış sahəsi 6432 kv/metr olub. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 4 milyon 835 min manatdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 19 milyon 524 min manatlıq və ya keçən ildəkindən 6 milyon 182 min manat, yəni 46.3 faiz çox investisiya qoyulub.
Şəhər əhalisinə 117.3 min manatlıq kommunal xidmət göstərilib. Bu, keçən ilə nisbətən 40 faiz çoxdur. 2008-ci ildə rayona 22512,2 min kvt.saat elektrik enerjisi verilib. Texnoloji itki orta hesabla 13,88 faiz olub. Şəbəkə üzrə faydalı sərfiyyat 19373,4 min kvt.saat olmaqla dəyəri 1162,3 min manatdır. Şəbəkə üzrə 2008-ci ildə elektrik enerjisinin dəyəri 82,7 faiz, o cümlədən, əhaliyə satılan enerjinin 85.3 faizi toplanaraq təhvil verilib.
Oğuz şəhərinin “SİP” markalı kabellə kabelləşməsi işləri davam etdirilir. Bu günə qədər şəhərdə 154 ədəd dəmir-beton və metal dayaq basdırılıb, 17,5 km “SİP” kabeli çəkilərək şəbəkəyə qoşulub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonda gedən tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanmaq məqsədilə 3 dəfə Oğuza səfər edib. Dövlət başçısının birinci səfəri 18 avqust 2005-ci il, ikinci səfəri 1 mart 2007-ci il, üçüncü səfəri isə 20 sentyabr 2008-ci il tarixlərdə olub. Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaranıb. Rayonda yeni iş yerləri açılıb və yeni müəssisələr yaradılıb. Respublikada və o cümlədən, rayonda, demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasəti çox gözəl nəticələr verib. Yəni bunlar əsas amillərdir ki, 2009-cu ildə də iqtisadi inkişafı təmin etməyə imkan verir.
Oğuz rayonu üzrə 2004-2008-ci illərin müqayisəsi göstərir ki, ümumi daxili məhsulun həcmi 2,2 dəfə, o cümlədən, sənaye 2,4, kənd təsərrüfatı 2,3, tikinti 29,3 dəfə artıb.
Oğuz rayonunda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Oğuz rayonu üzrə də xeyli işlərin görülməsi nəzərdə tutulub və bu sahədə Oğuz rayon İcra Hakimiyyəti Dövlət Proqramının icrası ilə əlaqədar aidiyyatı təşkilatlarla birlikdə tədbirlər planı hazırlayır.
Oğuzlular Yeni Azərbaycan Partiyasını dəstəkləyir...
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı 1993-cü il iyulun 17-də yaradılıb və hazırda özündə 69 ərazi ilk təşkilatını, həmçinin, 2788 üzvü birləşdirir. üzvlərin 1192-si qadın, 1013 nəfəri gənclərdir. 2009-cu ilin I yarısında rayon təşkilatının sıralarına 191 nəfər üzv qəbul edilib.
Rayon təşkilatının sədri Saleh Məhərrəmovun sözlərinə görə, partiya üzvləri rayonun ictimai-siyasi, sosial-mədəni həyatında öz fəallıqları ilə daim öndə gedirlər. Oğuzlular indiyə qədər keçirilən bütün siyasi kampaniyalarda Ulu öndər Heydər Əliyev siyasi kursuna və bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevə sadiqliklərini nümayiş etdiriblər. Rayon sakinləri 15 oktyabr 2008-ci il tarixdə keçirilən prezident seçkilərində, həmçinin, 18 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi zamanı üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetiriblər.
Qarşıdan gələn bələdiyyə seçkilərinə rayonda aparılan hazırlıq işlərindən danışan S.Məhərrəmov bildirib ki, artıq rayon təşkilatında seçki qərargahı yaradılıb və fəaliyyət proqramı hazırlanıb: “Əminik ki, həmişə olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədləri qalib gələcəklər. çünki, oğuzlular Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına inanır, Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə böyük etimad göstərirlər”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46

