Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq genişlənir

AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq genişlənir

06.11.2019 [09:43]

Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədov və Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov həmin ali təhsil müəssisəsində olublar.
Görüşdə Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universitetinin rektoru, professor Sergey Pançenko ilə bir sıra strateji məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan-Ukrayna Mədəniyyət və Təhsil Mərkəzinin yaradılması məsələsi müzakirə olunub və ilkin razılıq əldə edilib.
Mərkəz Azərbaycan və Ukrayna tələbələri arasında sıx əlaqələrin qurulması, çoxmillətli tələbə mühitində mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi, mədəniyyət və təhsil layihələrinin birgə həyata keçirilməsi, tələbələrin, işçilərin və universitet müəllimlərinin mədəni fəaliyyətlərinin təşkilində mədəni-təhsil səviyyəsinin artırılması məqsədilə yaradılacaq.
Görüşdə mərkəzin işinin əsas istiqamətləri də müəyyənləşdirilib.
Professor Elton Məmmədov və Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov UDDNU-nun rektoru professor Sergey Pançenkoya “Prezident İlham Əliyev. Zirvə görüşləri” kitabını, həmçinin gələcək mərkəz üçün Azərbaycan Respublikası haqqında maarifləndirici və təbliği materialları təqdim edib.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31