"China Travel" LLC turizm şirkəti Çinin Fuciyan əyalətinin turizm potensialını təqdim etdi
03.12.2019 [15:48]
Bu gün Bakıda "Hilton Baku" otelində "China Travel" LLC turizm şirkətinin təşkilatçılığı ilə Çin Xalq Respublikasının Fuciyan əyalətinin turizm potensialının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Fuco şəhərinin Mədəniyyət və Turizm Bürosunun vitse-prezidenti Luo Şujong, Fuciyan Bələdiyyəsinin Mədəniyyət və Turizm Bürosunun direktoru Venq Qupinq, Azərbaycan Turizm Bürosunun regional meneceri Rüfət Sadıxov, Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbirin moderatoru öncə sözü Fuciyan əyalətinin Fuco şəhərinin Mədəniyyət və Turizm Bürosunun vitse-prezidenti Luo Şujonga verib. "Xoşbəxtlik şəhəri"nin turizm imkanlarından danışan L.Şujong bildirib ki, son illər Azərbaycan ilə Çin arasında iqtisadi, siyasi, mədəni və turizm sahəsində əməkdaşlıq əlaqələr genişlənir. Əlavə edib ki, Çin hökumətinin həyata keçirdiyi "Bir kəmər, bir yol" layihəsinə Azərbaycan hökuməti tərəfindən dəstək göstərilir. Qeyd olunub ki, əlaqələrin daha da inkişaf etdirilməsi gələcəkdə də müxtəlif layihələrin birgə icrası ilə davam edəcək.
Fuco səhərinin turizm imkanlarından danışan Luo Şujong deyib ki, turizm imkanları inkişaf edən Fuciyan əyaləti və Fuco şəhərinə hər zaman turistlərin gəlişi maraq doğurur: “Biz yerli və digər ölkələri təmsil edən turist şirkətləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Bizim məqsədimiz qarşılıqlı turizm potensialının yüksəldilməsinə xidmət edir. Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlıq üçün münbit şərait və böyük potensial var. Biz istəyirik ki, azərbaycanlılar Fucoya turist kimi səfər etsin, biz də Azərbaycana çoxsaylı çinli turistin gəlişi üçün çalışaq. Biz bu sahədə qarşılıqlı olaraq belə tədbirlər keçirmək, təqdimatlar reallaşdırmaqla əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik".
Bildirilib ki, Fuciyan əyalətini il ərzində 3 milyonu xarici, 6 milyon yerli turist olmaqla 9 milyon insan ziyarət edir. Bu rəqəmi yaxın gələcəkdə daha da artırmaq üçün bir çox layihələr icra olunur, işlər görülür.
Azərbaycan Turizm Bürosunun regional meneceri Rüfət Sadıxov deyib ki, Azərbaycan Çin ilə turizm sahəsində əməkdaşlıqda maraqlıdır. Bildirib ki, artıq Azərbaycanın bu ölkədə turizm nümayəndəliyinin açılması çinli turistlərin ölkəmizə gəlişini sürətləndirib. Bu ilin oktyabr ayınadək olan dövrdə ölkəmizə 25 min çinli turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım deməkdir. Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq üçün lazım olan addımlar bundan sonra da tərəflərin səyi nəticəsində davamlı olacaq.
Çinin turizm sektoru, o cümlədən Fuco şəhərinin turizm imkanları barədə çəkilən filmin prodüseri Əmir Hacılı çıxış edərək Azərbaycan səyahətsevərlərinə Çin ölkəsi və Fuco haqqında ətraflı məlumat verib, filmin çəkilişlərində qarşılaşdığı maraqlı məqamlardan söhbət açıb.
"China Travel" LLC turizm şirkətinin təşkil etdiyi tanıtım mərasiminin sonunda Fuciyan əyalətinin turizm potensialını əks etdirən videocarx təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

