/ / Ölkəmizdə gəncliyin inkişafı istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü addımlar atılır
Ölkəmizdə gəncliyin inkişafı istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü addımlar atılır
22.05.2020 [15:38]
Ekspertlərin qənaətinə əsasən, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual potensialının artırılması ilə bağlı vacib tədbirlərin həyata keçirilməsi təqdirəlayiq haldır
Məlum olduğu kimi, bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir.
Prezident İlham Əliyev mayın 19-da yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibə bildirib ki, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Dövlətimizin başçısı, həmçinin gənclərin cəmiyyətimizin ən fəal təbəqəsi olduğunu və bu gün gənclərə geniş imkanların yaradıldığını diqqətə çatdırıb.
Məsələ ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən ardıcıl olaraq addımlar atılır. Onun sözlərinə görə, son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir: “Əlbəttə ki, ölkəmizdə gəncliyin inkişafı istiqamətində atılan addımlarla bağlı kifayət qədər faktlar sadalamaq mümkündür. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır. Bu gün yeni yaradılan strukturlarda, o cümlədən ASAN Xidmət və DOST mərkəzlərində çalışanların əksəriyyəti də gənclərdir. Prezident İlham Əliyevin may ayının 19-da 3 saylı DOST Mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün”.
Millət vəkili onu da söyləyib ki, dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə gənclərin sosial məsələlərinin həllindən başlamış onların cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb. Düşünürəm ki, gənclərimiz bundan sonra da dövlətimizin başçısının “Gənclər yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər” tövsiyəsinə ciddi şəkildə əməl etməlidir”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Ramin Məmmədov isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında vacib məsələlər əksini tapıb: “Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi kimi, gənclər bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər”.
R.Məmmədov söyləyib ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində vacib tədbirlər həyata keçirilir. “Xüsusilə, qeyd etmək istəyirəm ki, gənclərimiz milli maraqlarımızın qorunması işində də prinsipial mövqe nümayiş etdirirlər. Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirənlərin ifşa olunması üçün fəal iş aparırlar. Eləcə də baş verən digər neqativ hallara qarşı da gənclər öz sözünü deyir. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə böyük dəstək olurlar”,-deyən millət vəkili onu da əlavə edib ki, son zamanlar aparılan kadr islahatlarında gənclərə daha çox üstünlük verilməsi Prezident İlham Əliyevin gənclərə olan yüksək etimadının əyani nümunəsidir: “Hesab edirəm ki, Azərbaycan gəncliyi bundan sonra da dövlət rəhbərliyinin etimadını layiqincə doğrultmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

