Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir
04.06.2020 [09:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır, dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə ardıcıl tədbirlər görülür. Bu məqsədlə son dövrlər həyata keçirilən institusional və qanunvericilik tədbirləri, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, hakim ştatlarının üç dəfəyə yaxın, o cümlədən sonuncu dəfə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə 200 vahid artırılması məhkəmə fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərib. Ötən ay hakimlərin təyinatı ilə bağlı 60-dan çox mühüm qərarın qəbulu, o cümlədən Azərbaycan Prezidentinin sərəncamları ilə Ali Məhkəmənin sədr müavini və kollegiya sədrləri, apellyasiya instansiyası məhkəmələrinin 11 kollegiya sədri, 16 məhkəmə sədrlərinin təyin edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, habelə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilməsi və 20-dək yeni nəsil gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.
Mətbuatda xəbər verildiyi kimi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələrə dair ötən ay Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Ölkənin bütün məhkəmə sədr və müavinlərinin, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlətimizin başçısının tövsiyələri diqqətə çatdırılmaqla, qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiyaya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, həmin məsələlərin hər bir hakimin və məhkəmə işçisinin nəzərinə çatdırılması məqsədilə bu ərəfədə Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin məsul şəxsləri və apellyasiya məhkəmələrinin rəhbərliyinin iştirakı ilə bütün məhkəmələrdə hakimlər və məhkəmə aparatı əməkdaşları ilə birgə müşavirələr keçirilib. Məhkəmə sistemində şəffaflığın təmin olunması, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi, bununla bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, yol verilən nöqsanlar və onların səbəbi müzakirə edilib.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq halın aşkarlanaraq hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılması, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 2 nəfərin səlahiyyətlərinə xitam verilməsi, 7 nəfərin işdən azad olunması, 2 hakim barədə isə materialların korrupsiya əməllərinə görə istintaqa verilməsi və artıq onlardan birinin, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkilin cinayət məsuliyyətinə cəlb edilməklə, məhkum edildiyi qeyd olunub.
Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və öz yarıtmaz fəaliyyəti ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlərin görüləcəyi hər bir hakimin diqqətinə çatdırılıb.
Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə iki yeni mühüm sənədin - hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydalarının qəbul edildiyi, bu sahədə elektron proqram təminatının hazırlandığı bildirilib. Həmin sənədlərin tətbiqinin hakimlərin məsuliyyət hissinin artırılmasında, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində daha işlək mexanizmlər yaratdığı vurğulanıb.
Məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53

