Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əhməd İsmayılov: Media subyektlərinə maliyyə yardımın məqsədi onların iqtisadi müstəqilliyinin təmin olunmasıdır

Əhməd İsmayılov: Media subyektlərinə maliyyə yardımın məqsədi onların iqtisadi müstəqilliyinin təmin olunmasıdır

03.07.2021 [09:59]

Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən, 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin MEDİA tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.
Bu maliyyə dəstəyinin məqsədyönlü olduğunu bildirən Ə.İsmayılov qeyd edib: “Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunmasıdır. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək. Aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilərsə, o zaman maliyyə yardımı dayandırılacaq”.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31