Akif Qurbanov: Azərbaycanda istifadə edilən vaksinlər “delta” ştamına qarşı effektivdir
16.07.2021 [08:43]
“Virusun yeni yarana biləcək istənilən ştamlarından qorunmaq üçün peyvənd vurdurmaq yeganə çıxış yoludur”
Yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılan “delta” ştamı dünyanın 111 ölkəsində və ərazisində aşkar edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib. Bildirilib ki, son iki ayda ÜST-ün bütün altı regionunu əhatə edən azı 111 ölkədə “delta” variantı aşkar edilib. Bu variant indiyə qədər aşkar edilmiş, xüsusi narahatlıq doğuran başqa variantlarla müqayisədə daha yüksək dərəcədə yoluxucu olması ilə fərqlənir.
Məlum olduğu kimi, Azərbaycanda da koronavirusun “delta” ştamı aşkarlanıb. Bir neçə gün öncə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib ki, ölkədə koronavirusun “delta” variantı ilə 31, “alfa” variantı ilə 9 yoluxma halı qeydə alınıb.
Qeyd olunub ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərib ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Məlumat üçün bildirək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 300 min-ə yaxındır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov açıqlamasında bildirib ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 çeşid peyvənddən istifadə edilir. Bunlar “SinoVac”, “AstraZeneca”, “Pfizer”, “Sputnik V” vaksinləridir. Onun sözlərinə görə, peyvəndlərin hər biri “delta” ştamına qarşı da effektivdir: “Virusun yeni yarana biləcək istənilən ştamlarından qorunmaq üçün peyvənd vurdurmaq yeganə çıxış yoludur. Mikroorqanizmlər orqanizmə daxil olandan və COVID-19 əleyhinə vaksinasiyadan sonra bədəndə virusa qarşı anticisimlər yaranmağa başlayır. Anticisimlər gələcəkdə virusları neytrallaşdırır. Beləliklə, vətəndaş ya xəstəliyə yoluxmur, ya da yüngül keçirir. Məhz vaksinasiya nəticəsində əmələ gələn anticisimlər mikroorqanizmləri məhv etdiyinə görə, vətəndaşlar peyvənd vurdurmaqdan çəkinməməlidirlər”.
“Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, tibbi maskalardan istifadə və əl təmizliyi kimi qaydalar virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur”, - deyə A.Qurbanov xatırladıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21

