Uşaqlarımızı kimə etibar edirik?
26.11.2021 [10:16]
Mühafizə kameralarıyla birgə yuxulayan məktəblərimiz
Övladlarımızı kimə əmanət edək? Pandemiya şəraitində yaşadığımıza görə valideynlər övladlarını ancaq məktəb qapısının önünə qədər gətirə bilirlər. Müvafiq qaydalara əməl olunması üçün onları məktəbə buraxmırlar. Valideyn uşağı məktəbə təhvil verdiyi andan etibarən onun bütün təhlükəsizliyinin təmin edilməsinə arxayın olur. Ancaq təəssüf ki, bu təhlükəsizlik bütün hallarda qoruna bilmir. Məktəblinin təhsil ocağından özbaşına çıxıb getməsi, məktəbin önündən qaçırılması hallarını müşahidə edirik.
Təhlükəsiz məktəb, arxayın valideyn
Şagirdlərə təhlükəsiz mühit yaratmaq üçün 2016-cı ilin dekabr ayından Təhsil Nazirliyi tərəfindən təsis edilən “Məktəblinin dostu” pilot layihəsi fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə əlverişli mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. Bu layihə ilk olaraq 30 məktəbdə fəaliyyətə başlasa da, hazırda 400 minə yaxın şagirdi əhatə edir. Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. “Məktəblinin dostlarının” Bakının mərkəzində fəaliyyəti nümunəvi olsa da, ucqar yerlər üçün bunu demək olmur. Hətta layihənin “Təhlükəsiz məktəb, arxayın valideyn” kimi bir şüarı da var. Ancaq buna hansı yerlərdə nə qədər əməl edilir, demək çox çətindir. Yaxşı olmazdımı ki, bu layihə rayonlarda da fəaliyyətə başlasın və eynilə mərkəzdə olduğu kimi yüksək səviyyədə təşkil olunsun?
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı qəzetimizə açıqlamasında bildirib ki, əksər məktəblərdə müşahidə kameraları quraşdırılıb: “Bununla da məktəblərin təhlükəsizliyinə nəzarət olunur. Giriş qapısında mühafizə xidmətinin əməkdaşları olur, həmçinin “Məktəblinin dostu” layihəsi də bir çox bölgələrdə şagirdlərlə çalışır. Qeyd edim ki, kontingentin daha çox olduğu ərazilərdə yerləşən məktəblərdə mühafizə sistemi daha güclüdür. Kənd məktəblərində isə giriş-çıxışa direktor və digər personallar nəzarət edir. Biz çalışırıq ki, bütün məktəblərdə texniki avadanlıqların təchizatını həyata keçirək. Bunun üçün imkanlarımızı səfərbər edirik”.
Məktəblilərin təhlükəsizliyinə görə kim cavabdehdir?
Xüsusilə rayon və paytaxtın mərkəzindən kənarda yerləşən məktəblərdə aktual olan mövzu təhsil ocaqlarında kameraların işləməməsidir. Hər hansı bir hadisə baş verdikdə hüquq-mühafizə orqanları araşdırmanın aparılması üçün kameralardan istifadə etməli olur. Ancaq real vəziyyət onu göstərir ki, təhlükəsizlik sistemi sıradan çıxıb. Məktəb rəhbərliyi dövlətin polisinə kamera sisteminin işlək halda olmadığını bildirməkdən də çəkinmir. Ətrafımızda da bu cür hadisələrlə qarşılaşırıq.
Bu yaxınlarda 7 yaşlı bir uşaq valideyn məktəbə təhvil verdikdən bir müddət sonra sinif otağının bağlı olduğunu görüb və evə geri qayıdıb. Valideyn məktəb rəhbərliyindən bu məsələdə daha diqqətli olmağı, dərs vaxtı uşağı təkbaşına buraxmamağı tələb edib. Direktor isə cavabında hələ yetkinlik yaşına çatmayan ibtidai sinif şagirdini günahlandırıb və qeyd edib ki, bu hadisədə təqsir uşağın özündədir. Məktəblərdə mühafizə sistemi düzgün təşkil olunsa, məktəblinin dərs vaxtı təhvil verildiyi ünvandan hansı səbəbdən ayrılması sorğulanardı. Təəssüf ki, bu gün bir çox məktəblərdə nəzarətsizlik hökm sürür. Nə yaxşı ki, Bakının mərkəzində qaydalara əməl edən məktəblər də var. Onlardan biri də təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayan, uşağı dərs vaxtı ərizə olmadan, hətta öz valideyninə də təhvil verməyən 162 nömrəli məktəbdir. Belə məsuliyyətli rəhbərlər tərəfindən idarə edilən məktəblərin çox olması vacibdir.
Mövzumuza əsas verən məsələlərdən biri də məktəblərin önündən uşaqların qaçırılması hallarıdır. Belə ki, bu günlərdə Sabunçu rayonu ərazisində 5-ci sinif şagirdinin taksiyə mindirilərək qaçırılması haqqında məlumat cəmiyyətdə narahatlıq yaradıb. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır: “Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir. Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”. E.Hacıyev valideynləri diqqətli olmağa çağırıb: “Valideynlər övladlarının bütün zəruri təminatlarını həll edir, yaxud oxudur deyə arxayınlaşmamalıdırlar. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır”. Şöbə rəisi qeyd etdi ki, məktəblərlə ərazi polis orqanları qarşılıqlı olaraq işləyir: “Daxil olan bütün müraciətlər yoxlanılmaqla araşdırılır. Orta məktəblərdə təhlükəsizliklə bağlı vəziyyət olduqca yaxşı səviyyədə təşkil olunur. Bu işin təşkili ilə bağlı məktəblər müvafiq tələblərə uyğun olaraq təlimatlandırılıb”. İndi ümid edək ki, bu məsələlərə daha ciddi şəkildə yanaşılacaq. Xüsusilə də, şəhərin mərkəzindən kənar, bölgə məktəblərində təhlükəsizlik sistemi daha yüksək səviyyədə təşkil olunacaq.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

