“Heydər Əliyev adına təqaüd”
25.06.2023 [10:10]
Ulu Öndərin 100 illiyində gənclərə böyük töhfə
Azərbaycanda təhsil, gənc nəslə qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi dövlətimizin ən ümdə və ali vəziflərindən biri sayılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında bütün ölkə boyunca müasir təhsil infrastrukturunun yaradılması, yüksək səviyyəli təhsilə, innovativ texnologiyalara əsaslanan inklüzivliyin təmin olunması üçün Dövlət proqramlarının qəbulu bunu əyani şəkildə təsdiqləyir. 24 iyun 2023-cü il tarixində isə dövlətimizin başçısı “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Sərəncam imzalayıb. “Heydər Əliyev adına təqaüd” ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün nəzərdə tutulub. Təqaüd yüksək kriteriyalara cavab verən tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik ödəniləcək.
Gənclərin hamisi...
Bu il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycanın inkişafının böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sənəddə oxuyuruq: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Dövlət başçısının imzaladığı Sərəncamla “Heydər Əliyev adına təqaüd” də 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar təsis edilib ki, bu da təsadüfi deyil. Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu görüşdə gənclərin problemlərini, arzu və istəklərini öyrənən Heydər Əliyev onları hərtərəfli dövlət qayğısı ilə əhatə etmək üçün əməli addımlar atdı.
Ulu Öndərin gənc nəslə qayğısından bəhs edərkən ilk növbədə respublikamızda gənclər siyasətinin institutlaşmasının önəmini qeyd etmək lazımdır. Heydər Əliyevin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Ulu Öndər gənc nəslə qayğının təzahürü kimi ötən əsrin 70-80-ci illərində Onun tərəfindən əsası qoyulmuş azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi ənənəsini bərpa etdi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin gənclərə diqqətinin daha bir nümunəsidir. Ulu Öndər tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə gənc istedadların “Qızıl kitab”ı yaradıldı. Eyni zamanda, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Gənclərin inkişafı diqqət mərkəzindədir
Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi.1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ulu Öndərin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla ölkədə gənclərin inkişafı üçün daha əlverişli şəraitin yaradılması təmin edildi. Belə ki, respublikamızda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Respublikamızda gənclər siyasətinin məqsədləri, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsasları məhz bu Qanunla müəyyənləşdirilir və tənzimlənir.
Müstəqil Azərbaycanda Gənclər Günü müntəzəm şəkildə qeyd olunur. Bunun əsası isə ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixində imzaladığı Sərəncamla qoyulub. Həmin vaxtdan etibarən 2 fevralın MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilməsinə başlanıb.
Təhsil imkanları genişləndirilib
Ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu təhsilə, gənclərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət büdcəsidən təhsilə ayrılan vəsaitlər davamlı olaraq artırılır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Son 20 ildə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində, ümumilikdə, 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil almasının təmin edilməsi planlaşdırılıb.
Kadr ehtiyatı bankı
Prezident İlham Əliyev ölkədə gənclərin təşkilatlanmasına və onların ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Ölkəmizdə bacarıqlı gənc kadrların irəli çəkilməsi də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırır. İndiyədək bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses davam etdirilir. Bakı şəhərində mötəbər idman yarışları təşkil olunur. İdmançılarımız beynəlxalq yarışlarda və olimpiadalarda yüksək nəticələr qazanırlar. Bütün bunların sayəsində də Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

