“Bolt” qiymətləri artırır...
20.12.2023 [11:15]
Bəs, keyfiyyət necə olacaq?
Y.SAHİB
Ölkəmizdə taksilərin fəaliyyəti ilə bağlı çatışmazlıqlar, müştəriləri narahat edən məqamlar barədə çox danışmışıq. Məlumdur ki, bu gün insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat növlərindən biri də taksilərdir. Ancaq taksilərə ehtiyac nə qədər çox olsa da, müştərilərə göstərilən xidmətin keyfiyyəti günü-gündən aşağı düşür. Belə ki, müştəri ilə kobud rəftar, çağırış yerinə gec gəlmək, müştərini gözlətmək, pik saatlar olmasa belə sürücülərin özbaşına qiymət artımı kimi hallara yol verməsi bəzi taksi şirkətləri ilə bağlı narazılıqların sayını durmadan artırır.
10 faiz artım...
Ötən günlər “Bolt” taksi şirkətində gediş haqqının 10 faiz bahalaşdığı qeyd olunub. Bu barədə “Bolt” şirkətinin sürücüləri məlumat veriblər. Sürücülər bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli SMS gəlib. Beləliklə, qiymət artımı tətbiq edilib. Qeyd olunub ki, gediş haqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir.
Şirkətin özü də taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. “Bolt” Azərbaycandan verilən məlumata görə, hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir. Məlumat üçün bildirək ki, hazırda “Bolt” taksidə minimal gediş haqqı 2,50 AZN-dir.
Taksi fəaliyyətində xaotik durum var
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, ölkəmizdə taksi xidməti qanunla tənzimlənmir. Ona görə də sürücülərin bir çoxu bu işi ikinci, yəni əlavə iş kimi görürlər. Ekspert qeyd edib ki, buna görə də taksi fəaliyyəti ilə bağlı vəziyyət qənaətbəxş deyil və bu sahədə xidmət aşağıdır: “Hazırda Azərbaycanda taksi fəaliyyətində xaotik durum hökm sürür. Səbəb isə bir çoxlarının əlavə qazanc əldə etmək üçün ikinci iş olaraq taksi sürücüsü kimi çalışmasıdır. Lakin taksi fəaliyyəti ilə bağlı müəyyən qayda-qanun yaratmaq lazımdır. Bəzən olur ki, sürücü çağırış yerinə gedərkən yolüstü tamah məqsədilə başqa bir müştəri götürür və sifariş verən müştərini gözlədir. Bunlar taksi xidməti ilə bağlı neqativ hallardır. Bəzi şirkətlər var ki, rəqabət məqsədilə qiymətləri əslində olduğundan az göstərərək müştəriləri cəlb edir. Nəticədə xidmətin keyfiyyəti aşağı düşür, sürücü də, müştəri də narazı qalır. Hesab edirəm ki, xidmətin keyfiyyətinin artırılması və qiymət məsələsi qanunla tənzimlənməlidir”.
Saatlara uyğun qiymət tənzimlənməsi...
E.Muradlı qeyd edib ki, günün müxtəlif saatlarına uyğun qiymət tənzimlənməsi bütün dünyada var: “Azərbaycanda da yavaş-yavaş bunu tətbiq edirlər. Pik saatlarda yanacaq sərfiyyatı artır, müştəri sayı da azalır deyə, bu yola əl atılır. Pik saatlar olmayanda taksi sürücülərinin tapılmamasına səbəb isə onların konkret bir iş saatının olmamasıdır. Sürücülər fiziki şəxslərdir və qanun qarşısında onların öhdəliyi yoxdur ki, filan saatlarda iş başında olmalıdırlar”.
Qiymət və keyfiyyət siyasəti müştərini qane etməlidir
Ekspertin sözlərinə görə, bir müddət öncə də bəzi taksi şirkətlərində qiymət artımı olmuşdu. Lakin bu artımdan sonra xidmətin keyfiyyətində hər hansı bir dəyişiklik baş vermədi: “İstər sürücülərin sərnişinlərlə davranışı, istərsə də avtomobillərin texniki vəziyyəti, onların komfortu ilə bağlı durum o qədər də
ürəkaçan deyil. Adıçəkilən şirkət qiymətləri 10 faiz artırırsa, o zaman sərnişinlərə göstərilən xidmətin keyfiyyəti də artırılmalıdır. Bu, kifayət qədər ciddi məqamdır, daha çox insana xidmət göstərdiyindən məsələ qanunla tənzimlənməlidir. Elə etmək lazımdır ki, həm kəmiyyət, yəni qiymət siyasəti, həm də keyfiyyət siyasəti müştərini qane edəcək səviyyədə olsun”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

