Sağlamlıq dişlərdən başlayır!
09.02.2024 [10:44]
Bu gün Beynəlxalq Stomatoloq Günüdür
Diş sağlamlığımızın təmin olunmasında stomatoloqların mühüm yeri var. Stomatoloqların öz peşələrində əhəmiyyətini bir daha yüksək qiymətləndirdiyimiz Beynəlxalq Stomatoloq Günü hər il fevralın 9-da bütün dünyada qeyd olunur. Həmin günün qeyd olunması ənənəsi ildən-ilə daha geniş yayılır.
Stomatoloqların peşə bayramının müqəddəs Apolloniya Günündə qeyd edilməsinin əsaslı səbəbləri var. Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə doğru addımlayıb. Deyilənlərə görə, həmin hadisə 249-cu il fevralın 9-da baş verib.
ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim stomatoloqların hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini aşkar ediblər. Pakistanın B?lucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr
diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.
Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.
Diş sağlamlığımızı necə qorumalı?
Müharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbçilərimizə yardım etmək üçün ön cəbhəyə yola düşən fədakar həkimlərimizdən olan həkim-stomatoloq, üz-çənə cərrahı Bəhruz Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, əvvəla, ağız və diş sağlamlığını qorumaq üçün altı ayda bir müntəzəm olaraq diş həkimi müayinəsində olmalıyıq: “Diş çürüməsinin qarşısını almaq üçün əsas qaydalar suda kifayət qədər flüor olması, dişlərinizi müntəzəm olaraq fırçalamaq, diş ipindən istifadə etmək, həddindən artıq şirin və şəkərli qidalardan mümkün olduğu qədər uzaq durmaq, yeməkdən sonra dişlərinizi fırçalamaqdır. Dişlərin fırçalanması və müntəzəm diş həkimi müayinəsi də diş əti xəstəliklərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Həddindən artıq turş və şəkərli qidalar mikroorqanizmlərin təsirini artırır. Bununla yanaşı, dişləri sərt qabıqlı məhsulları məsələn, fındıq, qoz və s. sındırmaq üçün istifadə etmək olmaz. Qabıqlı qidalar dişlə parçalanmamalıdır. Bunlar diş minasının çatlamasına səbəb olur və diş minasının qoruyucu təsiri yox olur. Nəticədə bakteriyalar dişə nüfuz edir, gələcəkdə dişlə bağlı bir sıra fəsadlara gətirib çıxarır”.
Bilirik ki, ağız sağlamlığımızı qorumağın ən vacib komponenti dişlərin fırçalanmasıdır. Stomatoloq diş fırçalamaqla bağlı da tövsiyələrini bölüşüb: “Əvvəla diş fırçası nəm olmamalıdır. Diş pastası çox az formada istifadə edilməlidir. Dişlər ilk olaraq diş ətindən dişə 45 dərəcə bucaq altında dairəvi hərəkətlər edərək ön tərəfdən fırçalanmalıdır. Ön dişlərdən arxa dişlərə qədər bütün dişlərin fırçalanmasına diqqət yetirilməlidir. Eyni şəkildə dişlərin arxa səthləri də fırçalanmalıdır. Ön dişlərin arxa səthləri fırçanı şaquli vəziyyətdə tutaraq təmizlənməlidir. Son addım olaraq dişlərin çeynəmə səthləri irəli-geri hərəkətlərlə təmizlənməlidir. Fırçalama prosesi bu şəkildə dayandırılmalıdır.
Bundan əlavə daha ffektiv şəkildə fırçalamaq üçün həkiminizin tövsiyə etdiyi sərtliyə malik diş fırçası istifadə etməlisiniz. Çox məcun istifadə etmək ağızdakı təravəti artırır, beləliklə dişlər tam təmizlənmədən fırçalama prosesinin dayandırılmasına səbəb olur. Bu, effektiv təmizləmənin qarşısını alır. Fırçalama heç vaxt sağdan sola üfüqi şəkildə aparılmamalıdır. Horizontal fırçalama diş minasını aşındırır, həssaslığı artırır, dişlərin rənginin dəyişməsinə səbəb olur və diş ətlərinin geri çəkilməsinə səbəb olur. Başqa sözlə desək, diş fırçası düzgün istifadə edilmədikdə, zamanla bədənin ən sərt toxuması olan diş minasını aşındıra bilər”, - deyə B.Rüstəmov qeyd edib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

