Həcc yolu, yoxsa “xərc yolu”?
13.02.2024 [10:25]
Ziyarətin qiyməti bəlli oldu 5 ildə 2660 manat artım...
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti paketinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Məlumdur ki, Həcc ziyarəti İslam dininin 5 şərtindən biridir. Ziyarətin mühüm şərti ondan ibarətdir ki, bu ibadəti icra edənlər uzun bir yol qət edərək, Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbəni ziyarət edir və öz dini ayinlərini icra edirlər. Bu səbəbdən də Həcc bir qayda olaraq tarix boyu həm də əziyyət tələb edən, bir növ məşəqqətli yolçuluq hesab olunub. Lakin illər ötdükcə Həcc ziyarəti qiymətlərinin artan xətt üzrə getməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bununla bağlı sosial şəbəkələrdə də müzakirələr aparılıb. Bir çoxları ziyarət qiymətinin çox olmasından şikayətlənib, bəziləri isə qiymətlərin normal olduğunu bildirib.
10 min manatlıq ziyarət...
Qeyd etdiyimiz kimi, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün bu il qiymət 5850 dollar, yəni təxminən 10 min manat təşkil edir. Bu, ötən illə müqayisədə 100 dollar artıqdır. Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan 1440 zəvvar Həccə gedib. Bu il üçün kvotalar açıqlanmayıb. 2022-ci il üçün isə 280 nəfərlik kvota təyin olunmuşdu.
5 il ərzində artan qiymətlər...
Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarətində ciddi bahalaşma qeydə alınıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, 2019-cu ildə 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb. 2022-ci ildə ziyarətin qiyməti 5360 dollar, 2023-cü ildə isə 5760 dollar təşkil edib. Beləliklə, pandemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.
Artımın səbəbləri məlum deyil. Xatırladaq ki, ötən il Qafqaz Müsəlmanları İdarəsi bahalaşmanı müharibələrlə əlaqələndirib. İdarə rəsmisi Vüsal Cahangiri 2023-cü ildə mətbuata açıqlamasında bildirmişdi ki, dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb: “Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib. Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb”.
QMİ aydınlıq gətirməlidir...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən ilahiyyatçı, millət vəkili Ceyhun Məmmədov bildirib ki, QMİ qiymətin nə üçün bu qədər baha olması barədə açıqlama verməlidir: “İnsanlara da aydın olsun ki, qiymətlərin belə fantastik dərəcədə artmasına əsas nədir? Çünki Azərbaycanda bununla bağlı geniş müzakirələrin aparıldığına şahidik. İnsanlarda haqlı olaraq müəyyən suallar yaranır. Ona görə də öncə bu məsələyə QMİ aydınlıq gətirməlidir. Bəlkə onlardan asılı bir məsələ deyil və qiymətlərin belə baha olması sırf başqa səbəblərlə bağlıdır. Bu baxımdan İdarə bildirməlidir ki, qiymətlərin artan xətt üzrə getməsi onlardan qaynaqlanır, yoxsa xaricdən? Bundan sonra digər məsələləri müzakirə getmək olar”.
Qiymətlər hər kəs üçün əlçatan olmalıdır
İlahiyyatçı bildirib ki, həqiqətən də qiymətlər Azərbaycan vətəndaşları üçün kifayət qədər yüksək məbləğdir və haqlı olaraq insanlar bu rəqəmləri birmənalı qarşılamır: “Fikrimcə, qiymətdə hansısa güzəştlər edilə bilərsə, bu barədə ictimaiyyətə məlumat verilməlidir. Söhbət 10 min manatdan gedir. Elə etmək lazımdır ki, Həcc ziyarətinə təklif olunan qiymətlər hər kəs üçün uyğun və əlçatan olsun. Bu istiqamətdə vətəndaşlarımızın ajiotaj yaratmasının qarşısını ala bilək və əlavə olaraq geniş müzakirələr yaranmasın”.
Suallarımız cavabsız qalır...
Qeyd edək ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovla əlaqə saxladıq. Ancaq qurum rəsmisi Komitənin mətbuat şöbəsi ilə əlaqə yaratmağımızı söyləsə də, oradan heç bir cavab əldə edə bilmədik. Mətbuat şöbəsindən bildirildi ki, Həcc ziyarəti ilə bağlı məsələ Komitənin yox, QMİ-nin səlahiyyətindədir.
Lakin QMİ ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

