Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq AZAL sərnişinlərə müraciət edib

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq AZAL sərnişinlərə müraciət edib

23.03.2024 [13:40]

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib ki, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31