Cəbrayıl çiçəklənir, inkişaf edir
08.10.2024 [16:23]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi.Düşmən tapdağından ilk azad olunan şəhər Cəbrayıl oldu. Cəbrayılın ilk azad olunan şəhər kimi şanlı ordumuzun nəzarəti altına keçməsi bizə çox böyük üstünlük qazandırdı. Daha sonra Hadruta və işğal altındakı digər rayonlara, qəsəbələrə yollarımız açıldı.
Vətən müharibəsində oktyabrın 4-də azad olunan Cəbrayıl şəhəri ötən il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Sərəncam Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azadlığa qovuşmuş müqəddəs torpaqlara ilk səfərləri də elə Cəbrayıl şəhərindən başladı. Ölkə rəhbəri Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı qələbənin zirvəsi sayılan Şuşaya yol çəkilişi ilə bağlı göstərişini də verdi. Zəfər yolunun əsası elə bu səfərdə qoyuldu. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş hər bir rayonda bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir.
Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında qeyd etdi ki, Cəbrayıl işğaldan azad olunmuş ilk şəhərimizdir. Dörd il əvvəl məhz bu gün Ali Baş Komandan müjdəli xəbəri vermişdi. Cəbrayılın işğaldan azad olunmasının çox böyük əhəmiyyəti olmuşdur. Bu əməliyyat həm müharibənin sonrakı taleyinə müsbət təsir göstərdi, həm də ordumuzda və xalqımızda ruh yüksəkliyini artırdı. Müzəffər ordumuzun şanlı zəfər yürüşü bundan sonra daha da sürətlənmişdi. Ardıcıl olaraq Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət 8 noyabrda Şuşa işğaldan azad edilmişdir. Sonda Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Cəmi 4 ildə baş vermiş dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. “Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq” – deyə dövlətimizin başçısı qeyd edib.
Dövlət başçısının Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər, torpaqlarımızın işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir.
Ölkə başçısı çıxışında Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacağını , İrəvan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə, vandalizm aktlarına görə beynəlxalq məhkəmə qarşısında cavab verməli və dəymiş ziyana görə kompensasiya ödəməli olduğunu vurğulamışdır.
Dövlət başçısının Cəbrayılda verdiyi mesaj Ermənistanı ciddi düşündürməlidir. Heç bir sanksiya, təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Biz ölkəmizdə və bölgəmizdə sülh və əmin-amanlığın olması üçün əlimizdən gələni edəcəyik. Bizim siyasətimizin hədəfi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, sosial rifahını yüksəltməkdən ibarətdir Qarabağ və Şərqi Zəgəzurda tikinti-quruculuq işləri bundan sonra daha da sürətlə aparılacaq. Biz ermənilərin viran qoyduğu o torpaqları gülüstana çevirməklə məşğuluq. Qoy Ermənistan və onun arxasında duran qüvvələr 2020-ci ilə qədər olan Qarabağla, həmin tarixdən sonrakı Qarabağı müqayisə etsinlər. Bu müqayisə Azərbaycan və Ermənistanın mahiyyətini, niyyətini də ortaya qoyur.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

