Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır
14.11.2024 [14:13]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Cari ilin 6 noyabr tarixi Prezident İlham Əliyevin Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirakı və çıxışı ilə yadda qaldı. Ölkə Prezidenti bildirdi ki, Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm. Ölkə başçısı qeyd etdi ki, Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Ölkə başçısının qeyd etdiyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Ölkə rəhbəri söylədi ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, ölkəmizin gələcəyinə olan inamımızı daha da artırır. Bu mübarizədə və tarix yazan qələbədə əməyi olan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların göstərdiyi igidlik və fədakarlığa dərin hörmətimizi ifadə edirik. Yeri gəlmişkən, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin həyata keçirildiyini virğulayıb: “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər”. Ümumiyyətlə, son illərdə işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işləri böyük miqyas almış və bu sahədə əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. 2020-ci il 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan, Ermənistanın işğalından azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlamışdır. Bu işlər həm infrastruktur, həm sosial obyektlər, həm də mədəni irs və ətraf mühitin qorunmasına yönəlib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ən önəmli və prioritet sahələrdən biri infrastrukturdur. Bu ərazilərdə uzun illər ərzində heç bir infrastruktur layihəsi həyata keçirilmədiyi üçün, bərpa işləri çox zaman sıfırdan başlamalı olub. Azərbaycanın bu ərazilərindəki əsas kommunikasiya və nəqliyyat yolları, o cümlədən avtomobil yolları, körpülər, dəmir yolu xətləri və hava limanları yenidən qurulmağa başlanıb. Ən əhəmiyyətli layihələrdən biri Şuşa-Şuşa avtomobil yolunun tikintisi və Füzuli Hava Limanının istifadəyə verilməsi olmuşdur. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarına bağlayan yeni avtomobil yolları və dəmir yolu xətti layihələri hazırlanır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri çoxşaxəli və məqsədyönlü bir yanaşma tələb edir. Bu ərazilərin bərpası yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmır, eyni zamanda yerli əhalinin psixoloji və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirləri də əhatə edir. Azərbaycanın bu sahədəki irəliləyişi həm daxili, həm də beynəlxalq aləmdə böyük maraq doğurur və ölkənin gələcək inkişafı üçün əhəmiyyətli bir zəmin yaradır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57

