Qətiyyətli siyasət - nüfuzlu dövlət
18.11.2024 [17:30]
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan, həçminin müasir çağırışılara adekvat cavab verən ölkədir. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasət, eləcə də qətiyyətli mövqeyi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı dünyada yüksək nüfuza sahib olmasına gətirib çıxarmışdır. Azərbaycan dünyada ədalət, sülh və qarşılıqlı əməkdaşlıq tərəfdarıdır. Bir sıra beynəlxalq əhəmiyyətli tədbir və idman yarışlarının ölkəmizdə keçirilməsi də buna bariz nümunədir. Məhz COP29-a da ölkəmizin ev sahibliyi etmək statusunu qazanması Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzundan xəbər verir. Çünki Azərbaycanın COP29-a ev sahibliyi etməsinə təxminən 200 ölkə yekdilliklə qərar vermişdir. Beynəlxalq əhəmiyyətinə görə çox böyük tədbir olan COP29-un ölkəmizdə keçirilməsi qərarının verilməsi müəyyən dairələr və bəzi qərb dövlətlərini kəskin narahat etmiş, bunun üçün də ölkəmizə qarşı davamlı qara piar kampaniyaları aparılmağa başlanılmışdır. Təbii ki, bu əsassız kampaniya erməni lobbisi və Makron Fransası tərəfindən həyata keçirilirdi. Azərbaycanı neft-qaz istehsalçısı olmaqda günahlandırır, heç bir reallığa uyğun olmayan ittihamlar səsləndirirdilər. Hətta COP29 tədbirinin dünya ölkələri tərəfindən boykot edilməsi üçün cəhdlər də edilmişdir. Lakin ölkəmizin COP29 tədbirləri üçün çox yüksək səviyyədə hazırlaşması, lazimi infrastrukturun yaradılması, eləcə də beynəlxalq aləmdə yüksək nüfuz sahibi olması anti-Azərbaycan dairələrin cəhdlərinin nəticəsiz qalmasına səbəb oldu. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min insan qeydiyyatdan keçmiş, 80 ölkənin prezident, vitse-prezident və Baş naziri COP29-un Liderlər Sammitinin açılış mərasiminə qatılmışlar. COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Qərb siyasətçiləri və mediasına tutralı cavab verərək dəqiq faktları səsləndirməklə onların ölkəmizə qarşı olan anti-təbliğatını iflasa uğratdı. Ölkə başçısı Azərbaycanın yaşıl enerji gündəliyi haqqında, eləcə də bu sahədə görülmüş böyükmiqyaslı real işlərdən bəhs etdi.
Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın davamlı olaraq ikili standartlarla üzləşdiyini, eləcə də beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 il Ermənistanın işğalında qaldığını vurğulamaqla ölkəmizin haqq işinə də diqqət çəkdi. Lakin üzləşdiyi bütün çətinliklərə baxmayaraq Azərbaycan davamlı olaraq iqtisadi cəhətdən gücləndirilmiş, həyata heçirilmiş meqa layihələr nəticəsində çoxtərəfli əməkdaşlıqların qurulmasına nail olmuşdur. Ümumiyyətlə, Azərbaycan milli maraqları daxilində hər zaman istənilən ölkə ilə əməkdaşlıqda maraqlıdır. Həmçinin Azərbaycan dünyada işğaldan əziyyət çəkən, ikili standartlarla üzləşən ölkələrin də maraqlarının təmin olunmasına çalışır. Çünki Azərbaycan özü bu qeyd olunan problemlərlə üzləşmiş ölkədir. Odur ki, beynəlxalq ədalətin bərqərar olunmasında maraqlıdır. Ölkəmizin kiçik ada dövlətlərinə münasibəti də məhz bu konteksdərir. Heç şübhəsiz ki, dünya yalnız bəzi qərb dövlətlərindən ibarət deyil. COP29 çərçivəsində inkişaf etməkdə olan ada dövlətlərinin Sammitində Prezident İlham Əliyev bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Ölkə başçısının bu Sammitdə səsləndirdiyi fikirlər Azərbaycana qarşı qərəzli mövqe tutmuş Fransa və Niderland üçün həm də tutarlı cavab oldu. Fransa və Niderlandın işğalçılıq cinayətləri faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatların, Makron və Cozep Borrel kimi siyasətçilərin siyasi riyakarlıqları ifşa edildi.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

