Azərbaycan qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfələrini davam etdirəcək
22.11.2024 [16:09]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident qeyd edib ki, Azərbaycan COP29-un ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq...”.
Dövlətimizin başçısı çıxışında beynəlxalq gündəlikdə mühüm məsələlərdən birinə – neokolonializm və iqlim dəyişmələrinə də toxunub. Qeyd edib ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Prezident İlham Əliyevin çıxışı həm Azərbaycan, həm də dünya miqyasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin vizyonu, iqlim dəyişikliyinin qlobal təsirlərini dərindən dərk etməsi və bu məsələdə liderlik göstərmə iradəsi ilə seçilir. İlham Əliyev, kiçik ada dövlətlərinin iqlim fəlakətləri ilə mübarizədə qarşılaşdıqları çətinlikləri və onların yüksək risklərdən sığortalanması üçün beynəlxalq aləmdə daha ciddi addımların atılması zərurətini qeyd edərək, dünya ictimaiyyətini bu məsələyə məsuliyyətlə yanaşmağa çağırıb. Prezidentin çağırışı, yalnız ekoloji deyil, həm də humanitar bir məsələ olaraq qlobal müstəvidə əhəmiyyətini ortaya qoymuşdur. Prezident İlham Əliyevin çıxışı, yalnız anın deyil, gələcəyin də düşünülməsi baxımından olduqca dəyərli idi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfələrini davam etdirəcək və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin yanında durmağa davam edəcək. Onun liderliyi, beynəlxalq münasibətlərdə Azərbaycanın güclü bir tərəfdaşa çevrildiyini və qlobal məsuliyyətlərini dərindən anladığını nümayiş etdirir. Prezident İlham Əliyevin COP29 çərçivəsindəki çıxışı, Azərbaycanın qlobal ekoloji liderlik rolunu bir daha göstərdi və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi və onlara dəstək verilməsi məsələsində dünya ictimaiyyətinə vacib bir çağırış etdi. Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. Bildirildi ki, COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edirlər. COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü böyük təəssürat bağışladı.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

