Azərbaycan Kanada ilə əlaqələrin inkişafında maraqlıdır
04.04.2013 [02:18]
YAP Sədrinin müavini Əli Əhmədov Kanada Mühafizəkarlar Partiyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov ölkəmizdə səfərdə olan Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolinin rəhbərlik etdiyi Kanada Mühafizəkarlar Partiyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qonaqları salamlayan Əli Əhmədov bu səfərin hər iki tərəf üçün faydalı olacağını bildirib.
Azərbaycanın hazırda sürətli inkişaf dövrünü yaşadığını deyən YAP Sədrinin müavini bu səfər çərçivəsində qonaqların da ölkəmizdəki inkişaf prosesinin şahidi olacağını vurğulayıb. Əli Əhmədov qeyd edib ki, bu cür səfərlər həm Yeni Azərbaycan Partiyası ilə Kanada Mühafizəkarlar Partiyası arasındakı əlaqələrin, həm də parlamentlərarası münasibətlərin inkişafına təkan verəcək. “Deyə bilərəm ki, bizim partiyalarımız arasında ünsiyyət mövcuddur. Bir il əvvəl partiyamızın nümayəndə heyəti Kanadada səfərdə olaraq Mühafizəkarlar Partiyasının təmsilçiləri ilə görüşüb. Hesab edirəm ki, belə görüşlər bütövlükdə nəticə etibarilə partiyalarımızın arasında əlaqələrin inkişafına təkan verir. Belə görüşlər ardıcıl olaraq davam etməlidir” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov bildirib ki, Azərbaycan Kanada ilə əlaqələrin inkişafında maraqlıdır.
Öz növbəsində Azərbaycana səfər etməkdən məmnun olduqlarını deyən Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolin bu səfər zamanı keçirilən görüşlərin, aparılan müzakirələrin qarşılıqlı münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, hər iki partiya arasında əlaqələrin inkişafı üçün lazımı əsaslar qoyulub: “Demokratiyanın inkişafı və davamlı olması üçün güclü siyasi partiya olmaq lazımdır və burada qanunverici orqanın da rolu güclüdür. Biz iki ölkə arasında parlamentlərarası əlaqələri də gücləndirməliyik”.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

