Genişlənən əməkdaşlıq...
07.04.2025 [16:31]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Eləcə də, Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən vacib iqtisadi partnyordur, tərəflər bu bölgədə icra olunan bir çox strateji layihələrdə birgə təmsil olunub. Almaniya Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı qarşılıqlı əlaqələrin inkişafı diqqət mərkəzində olub.
Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır. Almaniya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir.
Səfər çərçivəsində dövlət başçıları İlham Əliyev və Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarında, eləcə də jurnalistlərin suallarını çavablandırarkən ikitərəfli münasibətlərin aktual məsələlərinə, xüsusilə də Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesinə diqqət çəkiblər və mühüm mesajlar veriblər. Mətbuata bəyanatında Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur. Dövlət başçıları müxtəlif platformalarda vaxtaşırı görüşürlər. İndiyədək Azərbaycan Prezidentinin Almaniyaya 17 rəsmi və işgüzar səfəri baş tutub. Digər səviyyələrdə də sıx təmaslar qurulub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, müstəqillik illərində Azərbaycanın xarici işlər naziri Almaniyaya 14 rəsmi və işgüzar səfər həyata keçirib. Almaniyanın xarici işlər naziri isə respublikamızda 8 rəsmi və işgüzar səfərdə olub. Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında 77 sənəd imzalanıb.
Eyni zamanda, Prezident İlham Əliyev həm mətbuata bəyanatında, həm də jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesi barədə ətraflı məlumat verib və ölkəmizin prinsipial mövqeyini, sülhə sadiqliyini bir daha nəzərə çatdırıb. Bu gün Ermənistan tərəfindən verilən bəyanatlar, səsləndirlən absurd iddialar sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər formalaşdırmağa xidmət edir.
Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir. Ötən 20 ildə bu ölkəyə neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq kompleksi xeyli inkişaf edib. Bu reallıqları nəzərə alan Almaniya ölkəmizin yürütdüyü enerji siyasətini, o cümlədən Avropa İttifaqının neft və qazla təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək respublikamızı etibarlı və sadiq təchizatçı adlandırır. Azərbaycanın 2027-ci ilə qədər təbii qazın təchizat həcmini Aİ bölgəsində ən azı iki dəfə artırmaq planlarını, habelə Avropa coğrafiyasında yeni enerji kollektorlarının şaxələnməsində göstərdiyi iradəni alqışlayaraq region üçün nümunəvi siyasət hesab edir.
Bütövlükdə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkənin etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

