Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa təkan verir
22.04.2025 [17:23]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Xarici siyasətini bütün dövlətlərdə qarşılıqlı hörmət və etimad prinsipləri əsasında quran Azərbaycanın qonşu Gürcüstanla strateji əməkdaşlığı bölgədə sabitliyin təminatına ən etibarlı töhfədir. Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında ən önəmli tərəfdaş, tranzit bölgə kimi xüsusi əhəmiyyət daşıyan hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə malik əlaqələri daha da təkmilləşir. Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da möhkəmlənən əlaqələrimiz hazırda bütün sahələrdə uğurla inkişaf edir.
Aprelin 15-də Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.
Möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına münbit şərait yaradıb. Hər iki ölkənin milli maraqlarına, dövlətçilik mənafeyinə uyğun siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər münasibətləri daha da möhkəmləndirir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Hazırda bu sənədlərin sayı 120-dən çoxdur. Dünyanın siyasi arenasında geosiyasi və geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan Cənubi Qafqazın bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin yeni keyfiyyət baxımından icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana marağı artırır.
Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi, qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında Xarici İşlər nazirləri arası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Mətbuata bəyanatında Gürcüstanın Prezidentinin ölkəmizə səfərinin xüsusi əhəmiyyəti olduğunu bildirən cənab İlham Əliyev qeyd etdi ki, mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Hər iki dost, qardaş ölkənin məqsədi əlaqələri sağlam münasibətlər əsasında davam etdirmək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır. Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı dostluğun münasibətlərimizin inkişafında, möhkəm təməlin yaradılmasında rolu daim xüsusi qeyd edilir. Bu iki şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdı. Bu tarixi şəxsiyyətlər hər iki xalq üçün əvəzedilməz lider adlandırılırlar.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu ölkələrin birgə səyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Avropa dövlətlərinin bu sahədə təhlükəsizliyinə xidmət göstərir. Reallıq budur ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48

