Cənab İlham Əliyevin təbliğatını aparmaq olduqca şərəfli və məsuliyyətli bir işdir
17.09.2013 [10:08]
Ağdamlılar oktyabrın 9-da YAP-ın namizədinə səs verəcəklər
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına start verib. Kampaniya çərçivəsində rayonun Quzanlı köçkün qəsəbəsi Mədəniyyət evində və Qasımbəyli qəsəbə tam orta məktəbin qarşısında seçicilərlə görüş keçirilib. Görüşlərdə millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, millət vəkili Bəxtiyar Əliyev iştirak ediblər.
Görüşləri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq ilk olaraq rəhbərlik etdiyi təşkilatın seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında məlumat verib.
Daha sonra ölkədə aparılan abadlıq-quruculuq işləri barədə də danışan rayon təşkilatının sədri deyib ki, Dövlət proqramlarının uğurla icra olunması nəticəsində rayon işğalın fəsadlarını öz üzərindən atmağa çalışır və bu gün Ağdam köklü sürətdə dəyişərək müasirləşmiş rayonlarımızdan birinə çevrilib.
Çıxışında həmçinin, cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyən natiq deyib ki, Onun gördüyü işlər, atılan addımlar, ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən qəbul və etiraf olunur: “Ona görə də, oktyabrın 9-da hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verəcəyik. Biz İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs vermiş olacağıq”.
Sonra çıxış edən millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əldə olunmuş nailiyyətləri sadalayaraq deyib ki, Azərbaycanın inkişafını təmin etmək üçün bütün sahələr üzrə proqramlar qəbul olunub. Bu proqramlar hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət edir: “Təbii ki, bu da yorulmaz fəaliyyətin nəticəsidir. Eyni zamanda, Azərbaycan xalqının öz Prezidentinə dəstəyi qazanılan uğurları stimullaşdırır. Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən İlham Əliyevə səs verəcək, uğurların davamını təmin edəcəyik”.
Millət vəkili Bəxtiyar Əliyev isə ölkədə baş verən proseslərə münasibət bildirməyin, proseslərdə yer almağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu söyləyib. Onun sözlərinə görə, oktyabrın 9-da hər bir vətəndaş seçki məntəqəsinə getməli, öz gələcəyinə səs verməlidir: “Bu zaman isə nəzərə almalıdır ki, seçdiyi, səs verdiyi şəxs Azərbaycana nə verə bilər. Tarix ən yaxşı təcrübədir. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs verməklə, bu siyasəti müdafiə etməklə daim doğru qərarlar qəbul etdiyini göstərib. 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı İlham Əliyevə səs verəcək. Çünki bu siyasət bütün qapıların açarı, bütün problemlərin həllidir”.
Görüşlərdə, həmçinin, Seçki Qərargahının üzvləri Şahin Qasımov, Hafiz Əzimzadə və Elmira Şükürova çıxış edərək prezidentliyə namizəd cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu barədə danışıb, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43

