Yevlaxlılar İlhamlı gələcəyə səs verəcəklər
17.09.2013 [10:15]
YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yevlax rayonu üzrə Seçki Qərargahının üzvləri rayonun Salahlı və Balçılı kəndlərində seçicilərlə ilk görüşlərini keçiriblər
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Sentyabrın 16-da isə namizədlərin təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Və ölkənin hər yerində olduğu kimi, Yevlaxda da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yevlax rayonu üzrə Seçki Qərargahının üzvləri rayonun Salahlı və Balçılı kəndlərində seçicilərlə ilk görüşlərini keçiriblər.
Hər iki görüşdə giriş nitqi ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev ötən 10 ildə Azərbaycanı dünyada ən sürətlə inkişaf edən ölkəyə çevirib. Regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf etdirilib.
Görüşlərdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev ölkəmizdə aparılan quruculuq işlərindən danışıb. Natiq qeyd edib ki, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycanda ucqar kəndlərdə fermerliklə məşğul olan vətəndaş da, sahibkar da faydalanıb. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün davamlı işlər görülüb və hazırda da görülməkdədir. Çıxışında yevlaxlıların Prezident İlham Əliyevin ən fəal müdafiəçiləri olduğunu deyən Knyaz Əliyev qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədinə səs verəcəklərini söyləyib.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova qeyd edib ki, bu gün Azərbaycanda baş verən böyük dəyişiklikləri, həyata keçirilən islahatları görməmək mümkün deyil. Bütün bu işlər xalqımızın firavan yaşamasına, dövlətimizin gələcəyinə xidmət edir. O, həmçinin, qeyd edib ki, Prezident İlham Əliyev hansı postu tutmasından, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, üzərinə götürdüyü bütün işlərin öhdəsindən böyük bacarıqla gəlib. Əminə Əhmədova sonda seçiciləri aktiv olmağa, seçkilər günü YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxışlarda belə bir ümumi fikir ifadə olunub ki, Azərbaycan vətəndaşları YAP-ın namizədinə, Heydər Əliyevin siyasi kursunun uğurlu davamına səs verməklə bir daha sabitliyin və inkişafın geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini sübut edəcəklər.
Öz növbəsində kənd sakinləri də ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan vətəndaşları, o cümlədən, yevlaxlılar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər. Məhz buna görə də, yevlaxlılar İlhamlı gələcəyə səs verəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20

