YAP Siyəzən rayon təşkilatı təbliğat kampaniyasını yüksək səviyyədə davam etdirir
18.09.2013 [10:51]
Məşrif və Qozağacı kəndlərində seçicilərlə görüş keçirilib
YAP Siyəzən rayon təşkilatı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş dünən rayonun Məşrif və Qozağacı kəndlərində keçirilib.
Əvvəlcə Məşrif kəndində keçirilən tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən və bunun ölkəmiz üçün müsbət nəticələrindən söhbət açıb. O, qeyd edib ki, ölkəmizdə analoqu olmayan inkişafın təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasi kursu ölkə başçısı İlham Əliyev uğurla davam etdirir: “Yeni Azərbaycan Partiyası Ulu öndərin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu sözlər artıq əsrin kəlamına çevrilib. Ötən müddət ərzində ölkəmizdə elə bir sahə yoxdur ki, orada dinamik inkişaf müşahidə olunmasın. Təkcə paytaxtımız deyil, bölgələrimiz də günü-gündən gözəlləşir, inkişaf edir”.
E.Heydərov daha sonra ötən müddət ərzində Siyəzəndə aparılan abadlıq və quruculuq işlərindən də bəhs edib. Bildirilib ki, Məşrif kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilib. Bu da sabahımız olan gənclərimizə dövlətimizin qayğısından xəbər verir: “Tələbələrimiz və idmançılarımız da dövlətin qayğısını daim hiss edirlər. Gənclərimizə göstərilən dövlət qayğısı hamımızın gözü qarşısındadır. Prezident İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri misilsizdir. Mən sizin hamınızı oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevə səs verməyə çağırıram”.
Millət vəkili Tahir Süleymanov görüşdə çıxış edərək cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı ötən müddət ərzində xalqı qarşısında verdiyi bütün vədlərə layiqincə əməl edib. Onun platformasında elə bir bənd yoxdur ki, yerinə yetirilməmiş qalsın. Bu isə məhz düşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır. Azərbaycanın iqtisadi potensialı daim güclənir. Bütün bunların da nəticəsində maliyyə imkanları genişlənir, hazırda Azərbaycan az sayda olan ölkələrdəndir ki, tətbiq etdiyi iqtisadi model öz səmərəliliyini təsdiq edib.
Xalqımızın Prezident İlham Əliyevə böyük inam və etibar bəslədiyini bildirən millət vəkili növbəti seçkilərin şəffaf və ədalətli keçiriləcəyinə əmin olduğunu vurğulayıb: “Hətta İlham Əliyevin alternativsizliyi bəzi müxalifət partiyaları tərəfindən də etiraf olunur. Çünki onlar görürlər ki, oktyabr ayının 9-da keçiriləcək seçkilərdə YAP-ın namizədi üstün bir fərqlə qələbə çalacaq. Mən inanıram ki, siyəzənlilər də YAP-ın namizədi İlham Əliyevə səs verəcəklər”.
Tədbirdə çıxış edən seçicilər Kifayət Məmmədova, Xuraman Əliyeva və Zərnigar Əliyeva da əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlu siyasi strategiyanın Azərbaycanı davamlı inkişafa gətirib çıxardığını bildiriblər. Tədbir daha sonra Qozağacı kəndində davam etdirilib. Qozağacı kəndindən olan seçicilər də oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

