/ / Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi qeydə alınıb
Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi qeydə alınıb
18.09.2013 [10:52]
Tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verməklə bir daha sabitliyin və inkişafın geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini sübut edəcəklər
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Buruc və Güləbatlı kəndlərində olub. Görüşləri giriş sözü ilə YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ölkəmizin növbəti bir tarixi mərhələ ərəfəsində olduğunu deyib.
Rayon təşkilatının sədri bildirib ki, oktyabrın 9-da Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək və bu seçkilərdə də xalqımızın məhz cənab İlham Əliyevi dəstəkləyəcəyinə kimsə şübhə etmir. Çünki cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi qeydə alınıb. Ramiz Şabanovun sözlərinə görə, bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır: “Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. Sabit maliyyə sistemi mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır. Hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə biz tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəyik”.
Görüşdə çıxış edən Milli Məclisinin deputatı Sahib Alıyev isə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir: “Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir”.
Görüşlərdə çıxış edən Buruc kənd sakinləri, Yəhya Orucov, Nüşabə Misirova, Vəli İbrahimov, həmçinin, Güləbatlı kənd sakinləri, Saleh Məmmədov, Mətanət Əsgərova, Vəfa Quliyeva deyiblər ki, oktyabrın 9-da cənab İlham Əliyevə səs verməklə bir daha sabitliyin və inkişafın geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini sübut edəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxFormula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53

