Siyəzən rayonunun Yuxarı Ələz kəndində seçicilərlə görüş keçirilib
19.09.2013 [10:14]
Görüşdə bir daha vurğulanıb ki, 9 oktyabrda Prezident İlham Əliyevin növbəti dəfə qələbə qazanacağı şübhə doğurmur
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə Azərbaycanın bütün rayonlarında seçicilərlə ardıcıl görüşlər keçirilir. Siyəzən rayonunda da təşviqat kampaniyasına start veriləndən əvvəlcədən müəyyən olunan qrafik üzrə görüşlərə başlanılıb. Növbəti belə görüş Yuxarı Ələz kəndində keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətini Prezident İlham Əliyev ötən 10 ildə əhəmiyyətli dərəcədə inkişaf etdirib: “Azərbaycan iqtisadi cəhətdən dünyanın ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bir neçə ildir Azərbaycan davamlı olaraq bu imicini qoruyub saxlayır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır, Heydər Əliyev ideyaları əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. On ilə yaxındır ki, Heydər Əliyev siyasəti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Bu illər ərzində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf, tərəqqi əldə olunub. Əlbəttə ki, gələcəkdə bizi daha da böyük uğurlar gözləyir. Buna görə də hər bir seçici Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməlidir”.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov qeyd edib ki, Prezident İlham Əliyev həyata keçirdiyi mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi iqtisadi inkişafın Azərbaycan modelini yaradıb: “Azərbaycan tamamilə yeni inkişaf erasına daxil olub, özünün mükəmməl iqtisadi modelini tətbiq etməklə davamlı və pozitiv artım meyilləri əldə edib. Bu gün Azərbaycan iqtisadiyyatı dünyada dinamik inkişaf edən iqtisadiyyatlardan biridir və son beş il ərzində ÜDM-in artım tempinə görə MDB-də liderlik edir. Ölkəmizdə gedən inkişafı hiss etməmək mümkün deyil. Ümidvarıq ki, bu inkişaf siyəzənliləri daha da ruhlandıracaq və onlar öz doğru seçimlərini seçki məntəqələrində həyata keçirəcəklər”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ölkənin daha sürətlə inkişaf etməsinə, tərəqqisinə, müasirləşməsinə, ictimai həyatın yeniləşməsinə, demokratiyanın və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlib: “Azərbaycanın qazandığı uğurların kökündə hər sahə üzrə düşünülmüş proqramların olması dayanır. Siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla davam etdirilməsi, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir. Bölgələrimizdə iqtisadi fəallıq nəzərəçarpacaq dərəcədə yüksəlib, infrastuktur təkmilləşdirilib, sosial sima müasirləşib. Regionlarda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunur, yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri uğurla reallaşdırılır. Azərbaycanda aparılan köklü islahatları, infrastruktur layihələrini, müasirləşməni ən ucqar kəndlərimizin timsalında, insanların yaşayış tərzindən tutmuş dünyaya baxışında, məişətində də aydın görmək olur. Həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Bu gün bu kənddə bir daha bunun şahidi olduq. Hər kəs yəqin ki, bu uğurun davamını istəyir. Ona görə də sabitliyə və inkişafa səs verməliyik”.
Tədbirdə çıxış edən müəllimə Rəsmiyyə Mürsəliyeva bildirib ki, təhsil sahəsinə ötən müddət ərzində böyük qayğı göstərilib: “Biz siyəzənlilər Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyirik və öz gələcəyimizə səs veririk”.
Təqaüdçü Məmmədsəfa Niftəliyev isə qeyd edib ki, Azərbaycan bu gün ciddi mənada inkişaf edir: “Buna görə mən bir təqaüdçü kimi cənab Prezidentə təşəkkür edirəm. Mən və ailəm cənab İlham Əliyevə səs verəcəyik. Biz Prezidentimizə inanırıq”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

