Azərbaycan xalqı birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyir
19.09.2013 [10:18]
Daşkəsən rayonunda YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin Daşkəsən rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən rayonun Gurbulaq kəndində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev qeyd edib ki, artıq 3 gündür YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına başlanılıb. O, rayonun müxtəlif kəndlərində bu məqsədlə görüşlər keçirildiyini vurğulayaraq qeyd edib ki, sevindirici haldır ki, Daşkəsən sakinləri bu görüşlərə böyük maraq göstərirlər: “Əlbəttə ki, bu, cənab İlham Əliyevin şəxsiyyətinə olan yüksək ictimai münasibətdən qaynaqlanır”.
Prezident İlham Əliyevin öz fəaliyyəti və gördüyü işlərlə hər bir vətəndaşımızın rəğbətini və sevgisini qazandığını söyləyən M.Yolçuyev son 10 ildə ölkəmizdə qazanılmış uğurları sadalayaraq, iqtisadi, siyasi və digər sahələrdə əldə olunmuş nailiyyətlərin davam etməsi üçün İlham Əliyevin yenidən prezident seçilməsinin vacibliyini vurğulayıb: “Biz daşkəsənlilər hamılıqla Heydər Əliyev siyasi kursunun davamçısı, Heydər Əliyevin siyasi varisi İlham Əliyevə səs verməliyik. Çünki məhz İlham Əliyevi seçməklə, yenidən Onun prezident seçilməsinə bir vətəndaş olaraq dəstək verməklə, əslində, öz gələcəyimizə, firavan, xoşbəxt sabahlara səs vermiş olacağıq. Mən şübhə etmirəm ki, daşkəsənlilərin seçimi artıq bəllidir. 9 oktyabrda isə biz sadəcə bu seçimi rəsmiləşdirəcəyik. Daşkəsənlilər dövlətimizi inkişafa, tərəqqiyə, əmin-amanlığa çatdıran kursa - bu kursu uğurla həyata keçirən cənab İlham Əliyevə səs verəcəklər!”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilk olaraq ölkəmizdə keçiriləcək prezident seçkilərinin əhəmiyyətindən danışıb. O, ölkəmizdə demokratik mühitin mövcud olduğunu söyləyərək vurğulayıb ki, 9 oktyabr seçkiləri demokratik normalara uyğun olaraq keçiriləcək. Baş redaktor hər bir vətəndaşın öz seçimini ifadə etməsi üçün dövlət tərəfindən lazımi addımlar atıldığını və artıq ölkəmizin seçkilərə tam hazır olduğunu qeyd edib: “Hər bir vətəndaşımız 9 oktyabrda öz demokratik hüququndan istifadə edərək dövlətimizin gələcək taleyini kimə həvalə edəcəyinə qərar verəcək”.
Hikmət Babaoğlunun sözlərinə görə, görülən işlər və həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə kifayət qədər demokratik seçki mühiti yaradılıb və hər kəs öz iradəsini müstəqil şəkildə ifadə etmək hüququna sahibdir.
Daha sonra baş redaktor H.Babaoğlu Azərbaycanda həyata keçirilən siyasi kursun nailiyyətləri barədə danışıb. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət insanların rahatlığının, rifahının qorunmasına, sabitliyə, əmin-amanlığa xidmət edir: “Əslində, İlham Əliyev hər gün, hər an öz təbliğatını gördüyü böyük işlər, Azərbaycanı müasirləşdirməsi, inkişaf etdirməsi, dövlətimizi dünyada tanıtması, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi addımları ilə özü aparıb. Xalqın rəyi bəllidir - Azərbaycan xalqı birmənalı olaraq İlham Əliyevi dəstəkləyir”.
Hikmət Babaoğlu deyib ki, son 10 ildə Azərbaycanda çox güclü əsaslara söykənən sosial - iqtisadi siyasət həyata keçirilir. Ölkədə daimi sabitlik təmin olunub, həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlətimiz inkişaf edib, rəqabətqabiliyyətli iqtisadiyyat yaradılıb, bu gün regionun iqtisadiyyatının 80 faizini Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Azərbaycan bütün makroiqtisadi göstəricilərinə görə, region dövlətlərini dəfələrlə üstələyir. Bu gün Azərbaycan beynəlxalq tədbirlərin, böyük forumların keçirildiyi məkana çevrilib. Əlbəttə ki, belə mötəbər tədbirlərə ev sahibliyi etməyi hamıya həvalə etmirlər. Bununla bağlı qərar verəndə, həmin dövlətdə mövcud olan situasiya, iqtisadi inkişaf, sabitlik nəzərə alınır. Azərbaycan isə bu parametrlərə cavab verir. Azərbaycan həm bu gün regionun sabitlik adasıdır, həm bütün tədbirlərə ev sahibliyi etmək, gələn qonaqları yüksək səviyyədə qarşılamaq və tədbirləri təşkil etmək gücündədir, eyni zamanda, çox böyük turizm potensialı xarici qonaqların diqqətini cəlb edir.
Hikmət Babaoğlu qarşıdakı illərdə Azərbaycanın daha böyük hədəflər müəyyənləşdirdiyini və bu mənada 9 oktyabr seçkilərinin əhəmiyyətini xüsusi vurğulayıb. O, bir daha seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Növbəti görüş isə rayonun Alunitdağ qəsəbəsində keçirilib. Görüşdə çıxış edən natiqlər və seçicilər müstəqilliyini cəmi 22 il əvvəl qazanmış bir dövlət olmasına baxmayaraq, Azərbaycanın əldə etdiyi nailiyyətlərin kifayət qədər böyük olduğunu vurğulayaraq, bu uğurların isə Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanıldığını söyləyiblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25

