Gəncə seçicilərinin seçimi bəllidir: İlhamlı sabahımıza İlhamla irəli!
21.09.2013 [10:09]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahının üzvləri seçicilərlə görüşünü davam etdirir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq, 9 oktyabr Prezident seçkiləri ilə bağlı təbliğat - təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən Gəncə şəhərinin Aydınbəyov küçəsində yerləşən 57 saylı binanın qarşısındaki məhəllədə seçicilərlə növbəti təbliğat - təşviqat görüşü keçirilib. Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib ki, bu gün Gəncənin tarixində ən əlamətdar və məsul hadisə yaşanır. Gəncəlilər hər zaman diqqət və qayğısını öz üzərlərində hiss etdikləri ölkə başçısı cənab İlham Əliyevin növbəti 5 ildə də Azərbaycan Respublikasına Prezident seçilməsi üçün axın - axın görüş yerlərinə gələrək, arzu və istəklərini, həm ölkəmizin, həm də doğma Gəncəmizin inkişafına səs verəcəklərini bildirirlər. Onun sözlərinə görə, son illərdə sürətli tərəqqini insanların rifahının yaxşılaşmasında, qüdrətli iqtisadi inkişafda, yeni - yeni iqtisadi və sosial layihələrin həyata keçirilməsində, paytaxtda və bölgələrdə genişmiqyaslı tikinti - abadlıq işlərinin aparılmasında görmək mümkündür. Yeni yaranan sənaye, aqrar və xidmət müəssisələri, göydələnlər, nəhəng körpülər, müasir yollar, elm, təhsil, sağlamlıq, o cümlədən idman təsisatları, ölkənin bugünkü iqtisadi imkanlarının təzahürü olaraq, gələcəyin uzunmüddətli inkişafına yönəldilir. Bugünkü Azərbaycan getdikcə qüdrətlənir və daha parlaq gələcəyin bünövrəsini qoyur: “Azərbaycan dövlətinin müstəqilliyinin son 10 ildə möhkəmlənməsinin ən mühüm zəmini Ulu öndərin varisi Prezident cənab İlham Əliyevin təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsidir. Bu yaxınlarda Flippinin məşhur “BizNewsAsia” jurnalı cənab İlham Əliyevi “İlin adamı” elan edərək, Onun rəhbərlik illərini “Azərbaycanın qızıl erası” adlandırmış və dövlət başçısının istedadını və rəhbərlik bacarığını xüsusi qeyd etmişdir. Cənab İlham Əliyevin düşünülmüş “Azərbaycan modeli” artıq dünyada “Azərbaycan möcüzəsi” kimi tanınır və uğurla həyata keçirilir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq, hazırda müasir infrastruktur və çoxşaxəliliyi ilə səciyyələnir. Dövlət büdcəsi 2003 - cü ildə 1,5 milyard dollar həcmində idisə, 2013 - cü ildə bu rəqəm 25 milyard dollara çatdırıldı. Bu isə təxminən 19 dəfə artım deməkdir. Həmin dövrdə 1 milyondan artıq yeni iş yerləri açıldı, işsizlik səviyyəsi 5,1 faizə salındı, bütövlükdə iqtisadiyyatımıza 140 milyard dollar həcmində sərmayə qoyuldu və ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü. Bu isə ÜDM - nin 70 faizini təşkil edir, siyasi və iqtisadi sabitliyə zəmin yaradır. Bununla yanaşı, məcburi köçkünlərin bütün çadır şəhərcikləri ləğv olunub, 77 müasir qəsəbə salınıb, 100 minlərlə məcburi köçkünlərinin mənzil - məişət şəraiti yaxşılaşdırılıb. 2012 - ci ildə 20 min köçkün yeni, müasir evlərə köçürülüb, 2013 - cü ildə daha 20 min nəfərin mənzil problemi həll ediləcək. Ölkənin enerji, hərbi təhlükəsizliyi təmin edilib”.
Daha sonra Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın qüdrətli inkişafını görmək üçün bu gün respublikanın ən gözəl, abad, müasir şəhəri olan Gəncənin qürurverici mənzərəsinə baxmaq kifayətdir. YAP Gəncə şəhər təşkilatının sədrinin sözlərinə görə, əldə olunan yüksək göstəricilər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğma xalqımıza, milli maraqlarımıza misilsiz xidmətlərinin, yorulmaz fəaliyyətinin bəhrələridir: “Bütün gəncəlilər “Azərbaycanın qızıl erası”nın davamlılığına səs verəcək, Ulu öndər Heydər Əliyev kursuna sədaqətli olduqlarını 9 oktyabr prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin qələbəsini təmin etməklə bir daha sübüt etmiş olacaqlar”.
Sonra təbliğat - təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər təşkilatının sədr müavinləri AMEA - nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, ADAU - nun rektoru İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatının Şura üzvü, ADAU - nun prorektoru Anar Hətəmov, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü, AzTU - nun dosenti Hüseyn Budaqov, YAP Gəncə şəhər təşkilatının şura üzvü Elnur Həsənov çıxış edərək bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev ölkəmizi dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırıb: “Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib tükənməz məhəbbəti ilə cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: “İlhamlı sabahımıza İlhamla irəli!”
Sonda çıxış edən seçicilər - Sabir Rüstəmov, İmamverdi Məmmədov və başqaları deyib ki, 9 oktyabr prezident seçkilərində bir daha cənab İlham Əliyevə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

