Cənab İlham Əliyev xalqın dəstəyi və iradəsi ilə əzəmətli qələbə qazanacaq
25.09.2013 [10:05]
YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Salahlı və Kəsəmən kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib
Dünən YAP Samux rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Salahlı və Kəsəmən kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.
YAP Samux rayon təşkilatının və seçki qərargahının sədri Gündüz Bayramov tədbiri giriş nitqi ilə açaraq qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edib: “Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, əhalinin real gəlirlərinin artması, rifahının yaxşılaşması ölkəmizin inkişafının bariz nümunəsidir”.
G.Bayramov onu da bildirib ki, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb: “Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir”.
O, cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. Bildirib ki, bu müddət ərzində ətrafına 600 minlik kontingent toplamağı bacaran və ümumxalq partiyasına çevrilən YAP faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. “Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir”.
Təşkilat sədri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin xalqın dəstəyi və iradəsi ilə qələbə qazanacağına əminliyini ifadə edib.
Daha sonra çıxış edən Samux rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, qərargah üzvləri Zakir Quliyev, İlkan Həsənov Azərbaycanın sürətli inkişafı, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması, yoxsulluğun minimum həddə salınması vətəndaşlarda böyük məmnunluq hissi yaratdığını bildiriblər. Nəzərə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. O da xüsusi olaraq qeyd edilib ki, vətəndaşların böyük əksəriyyətinin cənab İlham Əliyevi dəstəkləməsi ölkəmizi yeni nailiyyətlərə və möhtəşəm qələbələrə aparır. Seçicilər 9 oktyabr tarixində keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini yekdilliklə bəyan ediblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03

