Suverenliyimiz şərəfli tariximizdir
18.09.2025 [15:21]
2003-cü ildə Prezident seçilərkən cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmlətmək, ordunu gücləndirmək və torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etməklə bağlı olmuşdur. Bu məqsədlərə çatmaq üçün ilk növbədə Azərbaycanı güclü orduya malik ölkəyə çevirmək lazım idi. Çünki güclü ordusu olan ölkələr öz suverenliyini qoruyub saxlaya bilirlər. Ona görə də görülmüş genişmiqyaslı işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil edildi.
Beləliklə, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi. Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.
2023-cü il 20 sentyabr tarixində isə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə edilmiş Zəfərimizə yekun möhür qoyuldu. Məhz 20 sentyabr tarixində Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 23 saat davam edən antiterror əməliyyatı uğurla başa çatdı. Rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Bu gün 20 sentyabr tarixində Azərbaycan xalqı qürurla daha bir bayramı qeyd edir– Dövlət Suverenliyi Gününü. Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixdə imzalanmış “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən artıq hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sərəncamda yazılıb: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
Tariximizin ağır sınaqlarından keçmiş müstəqilliyimizin və Suverenlik günümüzün dəyərini ölkəmizin hər bir vətəndaşı dərin dərk etməli və yaxşı bilməlidir. Bu, bizim şərəfli tariximizdir. Bu tarixə biz nəyi, necə və nə zaman etmək lazım olduğunu yaxşı bilən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq.
Dövlət başçımızın imzaladığı daha bir Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi-siyasi inkişafında, milli kimliyimizin möhkəmlənməsində və suverenliyin dərinləşdirilməsində strateji addımdır. Konstitusiya və Suverenlik anlayışlarının birlikdə vurğulanması Azərbaycanın müstəqil dövlət olaraq dünya birliyində mövqelərinin daha da güclənməsinə xidmət edir. Bu il ərzində həyata keçirilən tədbirlər dövlətimizin siyasi institutlarının möhkəmlənməsinə, vətəndaş cəmiyyətinin inkişafına və milli dəyərlərin qorunmasına xüsusi töhfə verir.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25

