Qubadlı ictimaiyyəti öz Prezidentinə inanır və etimad göstərir
27.09.2013 [10:17]
YAP Qubadlı rayon təşkilatı seçicilərlə növbəti görüşünü keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Qubadlı rayon təşkilatı da dünən partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev təbliğat və təşviqat kampaniyası çərçivəsində Qubadlı ictimaiyyəti ilə bir neçə görüşün keçirildiyini diqqətə çatdırıb. A.Haqverdiyevin sözlərinə görə, seçicilərin Prezidentimiz İlham Əliyevə sevgisi və rəğbəti onu deməyə əsas verir ki, bütün Qubadlı seçiciləri birmənalı şəkildə dövlət başçısını dəstəkləyirlər və oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklər: “Son 10 ildə qubadlıların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə əhəmiyyətli addımlar atılıb, tədbirlər görülüb. Cənab Prezidentimizin verdiyi vədə vaxtından əvvəl əməl edildi və bütün çadır şəhərcikləri ləğv olundu. Bu gün bütün qaçqın və məcburi köçkünlər kimi Qubadlı sakinləri də yüksək səviyyəli, yeni evlərlə təmin olunurlar. Bütün bu işlər isə Qubadlı sakinlərinin xoşbəxt, rahat həyat şəraitinin təmin olunmasına yönəlib. Məhz Prezidentimizin əhalimizə diqqət və qayğısını layiqincə dəyərləndirən Qubadlı seçiciləri 9 oktyabrda dövlət başçısına növbəti dəfə etimad göstərəcək, yenidən Ona səs verəcəklər”.
Çıxış edən millət vəkili İmamverdi İsmayılov bildirib ki, cənab İlham Əliyev 10 illik dövlət başçısı olduğu dövrdə hərtərəfli şəkildə sübut edib ki, Azərbaycan Prezidenti olmağa ən layiqli namizəddir: “Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əldə olunmuş nailiyyətlər sadalamaqla bitmir. Azərbaycanın inkişafını təmin etmək üçün bütün sahələr üzrə proqramlar qəbul olunub. Bu proqramlar hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, ümumdaxili məhsul durmadan artır, iqtisadi inkişaf sürətlənir, dövlətimizin mövqeyi möhkəmlənir. Təbii ki, bu da yorulmaz fəaliyyətin nəticəsidir. Eyni zamanda, Azərbaycan xalqının öz Prezidentinə dəstəyi bu uğurları stimullaşdırır. Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən cənab İlham Əliyevə səs verəcək, uğurların davamını təmin edəcəyik”.
Çıxış edən Bakı Dövlət Univeristetinin kafedra müdiri Abbas Abbasov cənab İlham Əliyevin hələ dövlət başçısı seçilməzdən öncə də üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. O qeyd edib ki, İlham Əliyev hələ neft şirkətinin vitse-prezidenti kimi Azərbaycanın neft strategiyasının işlənməsində yaxından iştirak edib. Eyni zamanda, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi qurumda ölkəmizin maraqlarının qorunması və mövqelərimizin möhkəmlənməsi istiqamətində böyük işlər görüb: “Məhz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün hərtərəfli inkişaf etmiş Azərbaycan dövləti var. Bu inkişaf prosesinin davam etməsi üçün bütün seçicilər oktyabrın 9-da hamılıqla seçki məntəqələrinə getməli və cənab İlham Əliyevə səs verməlidir”.
Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Univeristetinin müəllimi İslam Paşayev və Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Zülfəli Məmmədov bildiriblər ki, Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyev siyasətinə səs verməklə, bu siyasəti müdafiə etməklə daim doğru qərarlar qəbul etdiyini göstərib. 9 oktyabrda da xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin inkişafının təməli olan Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı cənab İlham Əliyevə səs verəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

